Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Yelena İvanovna Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Rafi oğlu Hacıyev ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Elchi.az-a verilən xəbərə görə, DSX Sərhəd...





















Son şərhlər