Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məluat daxil olub.
DİN-in mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.
Araşdırma aparılır.
Şuşada avtomobil tank əleyhinə minaya düşüb, xəsarət alan var
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində bu gün mina partlayışı hadisəsi baş verib. Elchi.az xəbər verir ki, bu...





















Son şərhlər