"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan Vəsait kimdir?

25 Avqust 2017 - 17:08
in CƏMİYYƏT
FacebookVatsap
 Son illər Azərbaycanda dələduzluq əməllərinin hədsiz çoxaldığı, insanların etibarından, sadəlövlüyündən, yaxud asan yolla varlanmaq tamahından, o cümlədən hüquqi savadsızlığından sui-istifadə edən fırıldaqçıların yağışdan sonra göbələk kimi artdığı məlumdur. Ən müxtəlif, o cümlədən innovativ sxemlərdən, ağlagəlməz fəndlərdən istifadə edən belələrinin toruna düşüb pullarını güdaza verənlər sonra hüquq-mühafizə orqanlarına şikayət edib heç olmasa dələduzların cəzalandırılmasına nail olmağa çalışırlar. Nəticədə müstəntiqlərin masalarının üstü dələduzluq maddəsi ilə qaldırılmış cinayət işləri ilə dolub-daşır, məhkəmələrdə isə az qala hər üç-dörd işdən biri dələduzluq əməli ilə bağlıdır. O cümlədən redaksiyamıza vaxtaşırı olaraq dələduzların əməllərindən zərərçəkənlər müraciət edir, başlarına gələni ictimailəşdirir.

Növbəti belə qurbanların başlarına gələnlər əslində Bakıda geniş rast gəlinən dələduzluq əməlləridir. Söhbət Bakıətrafı kənd və qəsəbələrin torpaqlarını icra hakimiyyəti orqanlarından “kənd təsərrüfatı ilə məşğul olmaq” adı altında uzun müddətə icarəyə götürən, sonra bu torpaqları bölüb fərdi ev tikmək istəyən vətəndaşlara satan və onları torpaq sahəsinə dair bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandıran dəllaların əməllərindən gedir.

Bunu da oxuyun

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Sabahın havası açıqlanıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

Elchi.az xəbər verir ki, virtualaz.org-un redaksiyasına müraciət edən şikayətçiləri həmin sxemlə aldadan torpaq dəllalı Vəsait Məlikov (yaxud sənədlərdə göstərildiyinə əsasən Vəsahid) əslən Şamaxı rayonundandır və Bakının Xəzər rayonu ərazisində fəaliyyət göstərib. Onun əməllərindən zərər çəkənlərin sayının onlarla olduğu təxmin edilir. Hələlik isə zərərçəkənlərdən bir neçəsi virtualaz.org saytına müraciət edib, başlarına gələnləri-Vəsait Məlikov tərəfindən necə aldadılıb vəsaitlərinin mənimsənildiyi barədə danışıb.

Şikayətçilərdən biri-Bakı şəhəri, Xətai rayonu, B.Süleymanov küçəsi, ev 16-da yaşayan, 1986-cı ildə anadan olmuş Firuz Fəxrəddin oğlu Hümbətov bildirir ki, Vəsitlə 2015-ci ilin əvvəllərində özünə fərdi ev tikmək məqsədi ilə Qala qəsəbəsində torpaq sahəsi axtararkən rastlaşıb. Ona bu qəsəbə ərazisində torpaq satışı işlərinə baxan və “kifayət qədər güclü əlaqələri olan” dəllalı nişan veriblər.  Firuz Hümbətov bildirir ki, Vəsaitlə anlaşaraq ondan Qala qəsəbəsi ərazisində sotu 1200 manatdan 6 sot torpaq sahəsi almaq üçün anlaşıb. Bu minvalla Vəsaitə 7200 manat verib.

Şikayətçilər

Şikayətçinin dediklərindən: “Pulu verərkən Vəsait Məlikovdan soruşdum ki, həmin torpaq sahəsində ev tikərkən problemlə üzləşmərəm ki? O da əminliklə cavab verdi ki, heç bir problem olmayacaq, çünki torpaq sahəsinə dair bütün sənədlər qaydasındadır. Əgər hansısa problem yaransa mənə öz şəxsi torpağından həmin ölçüdə ayırıb verəcək, yaxud pulumu qaytaracaq. Və bildirdi ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən “çıxarış” (torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sənəd-red.) mövcuddur, torpağın alqı-satqısı həmin çıxarış əsasında olacaq”.

Lakin məsələ alqı-satqını rəsmiləşdirməyə gələndə Vəsait Məlikov vətəndaşa torpaq sahəsinə dair notariat kontorundan verilmiş Etibarnamə təqdim edir. Və onu əmin edir ki, gedib arxayın yata bilər, çünki həmin torpaq sahəsinin mülkiyyətçisidir. Və Vəsait torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətindən uzunmüddətli icarəyə götürüldüyünə dair sənədlərin surətini də ona təqdim edir. “Dedi narahat olma, tezliklə çıxarışı da verəcək, üstəlik torpaq sahəsində tikəcəyim fərdi evə “kupça” almaqda da mənə kömək göstərəcək”-şikayətçi bildirir.

Bir müddət sonra vətəndaş aldığı torpaq sahəsində tikinti aparmaq üçün yerli icra orqanına müraciət edəndə və Vəsaitin verdiyi sənədləri göstərəndə aldığı cavabdan heyrətə gəlir. Ona deyirlər ki, həmin torpaq sahəsi ancaq kənd təsərrüfatı məqsədi ilə istifadə oluna bilər, orada tikinti aparmaq qeyri-mümkündür və qanunsuzdur. Firuz Hümbətov Vəsaitin ona verdiyi sənədləri yalnız bundan sonra araşdırır, müəyyən edir ki, həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsal Məlikova “kənd təsərrüfatı məqsədli” 99 illiyə icarəyə verilib. Və icarə müqaviləsində göstərilib ki, bu torpaq başqa təyinatla istifadə edilə bilməz. Beləliklə, vətəndaş aldadıldığını başa düşür, pulunu geri almağa nail ola bilmir və qərara alır ki, hüquq-mühafizə orqanlarına Vəsait Məlikovun əməllərindən şikayət etsin.

Digər şikayətçi-Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 16A ünvanında yaşayan, 1978-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Aleksandr  Valeryeviç Litvinov da Vəsait Məlikov tərəfindən eyni sxemlə aldadılıb. Fərq ondadır ki, Litvinovdan mənimsənilmiş pulların məbləği daha çoxdur, 100 min manata yaxındır.

Vəsait Məlikov

Şikayətçi deyir ki, o, Vəsait Məlikovun toruna biznes qurmaq məqsədi ilə Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəyərkən düşüb. O, Vəsaitlə 2013-cü ilin mayında tanış olub. Söhbət əsnasında Vəsait Məlikov bildirib ki, Binə qəsəbəsi ərazisində ona məxsus torpaq sahəsi var və satır. Litvinov Fazil Məşədiyev adlı şəxslə ( o da Vəsaitin əməllərindən zərərçəkənlərdən biridir) Binə qəsəbəsinə gedir, torpaq sahəsinə baxıb bəyənir. Vəsait Məlikov ona torpaq sahəsinin cəmi 80 sot olduğunu, hər sotunu 4 min manatdan satdığını deyir, vətəndaşı inandırır ki, torpaq sahəsinin mülkiyyət hüququna dair bütün sənədlər qaydasındadır. Litvinov 20 sot torpaq sahəsi almağa razılaşır və pulun 73.500 manatını nəğd, qalan 6500 manatının əvəzində isə BMW markalı avtomobilini verir.

Lakin pulu alandan sonra Vəsait notariat kontorundan verilmiş Etibarnaməni, torpaq sahəsinin icarədə olduğuna dair sənədlərin surətini ona təqdim edir. Və vəd verir ki, torpaq sahəsində mülkiyyət hüququnu təmin edən sənədi də tezliklə verəcək. Lakin Litvinova aydın olur ki, həmin torpaq sahəsi V.Məlikovun oğluna ancaq kənd təsərrüfatı məqsədli icarəyə verilib və özəlləşdirilə bilməz.

Litvnov Məlikovdan pullarını geri almaq üçün səylər göstərməyə başlayır, ancaq yenə də aldadılır. Bir müddət sonra Vəsait ona bildirir ki, aldığı sahəyə bitişik, “çox ucuz qiymətə” daha 10.8 sot torpaq var və onu 20 min manata satır. “Dedi əgər bu torpaq sahəsini də alıb əvvəlkinə birləşdirsən hər ikisinə birgə çıxarış düzəldib verəcək. Ona inanıb daha 20 min manat verdim, amma Vəsait Məlikov vəd etdiyi sənədi düzəldib vermədi, pulu geri istəyəndə isə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladı”-şikayətçi bildirir.

Belə məlum olur ki, Litvinov aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi gözlədiyi müddətdə torpağı hasarlayıb, bu işə daha 7 min manat sərf edib. Ancaq yerli icra hakimiyyəti orqanları hasarı dağıdıblar və bildiriblər ki, ərazidə tikinti qanunsuzdur. Litvinov V.Məlikovu axtarmağa, ondan pullarını geri almağa çalışır, ancaq aldadıldığını dərk edərək nəhayət qərara alır ki, hüquq-mühafizə orqanlarına müraciət etsin.

Vəsait Məlikovun daha bir neçə şəxsə, o cümlədən Məşədiyev Kənan Fazil oğluna Qala qəsəbəsindən 17 sot və 60 sot olmaqla bu sxemlə torpaq satıb, Şıxəliyev Rəşad Əliheydər oğlunu da həmin qəsəbədə 11 sot torpaq “qanuni torpaq” satmaqla aldadıb, pullarını mənimsəyib.

Məlum olub ki, hər yerdə özünü nüfuzlu şəxslərlə, yüksək vəzifəli məmurlara yaxın münasibətlərə malik olan şəxs kimi tanıdan V.Məlikov bəzi iri tikinti şirkətlərini də eyni sxemlə aldatmağa, onlara da kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaqları tikinti məqsədi ilə satmağa və nəticədə daha böyük vəsaitlər mənimsəməyə nail olub. Həmin şirkətlər də bu şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşırlar…

Vəsait Məlikov tərəfindən aldadılan başqa şikayətçiləri də dinləməyə hazırıq. Belələri öz şikayətlərini saytımızın elektron poçtuna göndərə, yaxud telefonla çatdıra və ya birbaşa müraciət edə bilərlər.

Previous Post

Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan Vəsait kimdir?

Next Post

Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi – Siyahı

Bənzər yazılar

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25

Sabah hava necə olacaq? Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada təlim keçirib – FOTO-VİDEO

12 Sentyabr 2026 - 10:30

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala şəhərində yerləşən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğın-xilasetmə...

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Next Post

Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi - Siyahı

Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi - Siyahı

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.