Bakıda kitab yarmarkası keçirilir (FOTO)

🗓 20.07.2014 11:19 ✍️ "Elçi" qəzeti
Bakının mərkəzində kitab yarmarkası keçirilir. Lent.az-ın məlumatına görə, yarmarka Səbail rayonunda, Sahilimg1607117 bağında təşkil edilib. Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, “Qanun” nəşriyyatının təşəbbüsü ilə keçirilən növbəti yarmarkada kitabların qiymətinə 20 % endirim edilib. Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim edilir.
Qeyd edək ki, Səbail rayonu İcra Hakimiyyəti ilə birgə təşkil olunan endirimli kitab yarmarkası iki gün ərzində davam edəcək.







Bənzər yazılar