Bakıda həyətyanı sahədən 25 baş qoyun oğurlanıb.
Daxili İşlər Nazirliyindən Elchi.az-a verilən məlumata görə, Suraxanı rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri İsmayıl Səlimov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.