"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Bakıda beynəlxalq konfrans keçirilir

25 Noyabr 2014 - 10:57
in FLƏŞ, GÜNDƏM
FacebookVatsap

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına 5f0d94flj43au8e5tclrg2cfp6Milli Elmlər AkademiyasıCoğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə bu gün Bakıda “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Bunu da oxuyun

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

 

APA-nın məlumatına görə, konfransda məqsəd  qlobal su çatışmazlığı probleminin aradan qaldırılması və su resurslarından səmərəli istifadənin həlli yollarının axtarılıb tapılması, su ehtiyatlarının inteqrasiya yolu ilə idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlıq, sudan siyasi məqsədlərlə istifadə məsələlərinin müzakirəsidir.

 

Konfransa ABŞ, Kanada, İngiltərə, Türkiyə, Serbiya, Misir, Bosniya, Portuqaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan alim-mütəxəssislər qatılıblar.

 

AMEA-nın vitse-prezidenti Fəxrəddin Qədirov deyib ki, planetdə əhali sayının artması ilə su ehtiyatları azalmaqdadır. Kənd təsərrüfatı və sənayenin inkişafı da yeni su ehtiyatları tələb edir: “Bu tələbdən konfransın belə qlobal problemin müzakirəsinə həsr edilməsi təsadüfi deyil. Su ehtiyatlarının inteqrasiya yolu ilə həll olunması, sudan siyasi məqsədlərlə istifadə və konflikt üçün istifadə edilməsi məsələləri də müzakirə olunacaq. Konfransda qəbul edilmiş qərar və tövsiyələrin Azərbaycan üçün də böyük əhəmiyyət daşıyacağına əminəm”.

 

AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov qeyd edib ki, planetimizin 2/3-si su ilə örtülüdür, ancaq planetdə suyun 2,5 faizi şirin, onun da cəmi 0,2 faizi içməli sudur: “Təsadüfi deyil ki, üçüncü dünya müharibəsi baş verərsə, bunun su ilə bağlı baş verəcəyi bildirilir”.

 

SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, su problemi dünyada ən aktual problemlərdən biridir, davamlı inkişaf strategiyalarında ən vacib yerlərdən birini tutur. Onun sözlərinə görə, konfransda həm regional, həm qlobal kontekstdə bu problem müzakirə olunacaq, konfrans adından müvafiq beynəlxalq təşkilatlara müraciət olunacaq: “Eyni zamanda gələn il üçün Fəaliyyət Planı hazırlanacaq ki, bu məsələlərin müzakirəsi genişlənsin”.

 

F. Məmmədov bildirib ki, su ehtiyatlarının təqribən 70%-i transsərhəd axarlar hesabına formalaşan Azərbaycan Respublikası həmin konvensiyalara qoşulsa da, regionun digər dövlətləri həmin beynəlxalq sənədlərin bəzilərini imzalamaqdan imtina edərək, transsərhəd axarlardan istifadəyə dair müstəqil siyasət yürütməkdədirlər: “Regionda su ehtiyatlarına dair beynəlxalq hüquq normalarının hamılıqla qəbul olunmaması nəticəsində transsərhəd Kür, Araz və Alazan çaylarının sənaye və məişət tullantıları ilə çirkləndirilməsi davam etdirilir, qonşu dövlətlərlə razılaşdırılmamış qaydada çaylarda suyun həcmini azaldan hidrotexniki qurğuların tikintisi planlaşdırılır. Ermənistanın Azərbaycana axan transsərhəd çayların istiqamətini dəyişdirməsi, işğal altında olan ərazilərdəki Sərsəng su anbarından mülki əhaliyə, bölgənin ekologiyasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə etməsi niyyətləri və s. məsələlərin hərbi-siyasi xarakter aldığını göstərir. Yaranmış vəziyyət isə təkcə ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə Yer üzündə sülh və təhlükəsizliyə, o cümlədən ekoloji təhlükəsizliyə qarşı yönəldilən ciddi təhdiddir”.

 

Qeyd edək ki, tədbirin sonunda BMT-yə, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanmış Bakı Bəyannaməsi qəbul olunacaq.

Previous Post

Bakıda beynəlxalq konfrans keçirilir

Next Post

ABŞ-da qaralarla ağların savaşı – Fotolar

Bənzər yazılar

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09

Oktyabrın 19-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin...

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Next Post

ABŞ-da qaralarla ağların savaşı - Fotolar

Əfqanıstanda ana öldürülən oğluna görə 25 “Taliban”çını güllələdi

Son xəbərlər

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06
“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

20 Oktyabr 2026 - 16:51
Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

Qətər XİN: Hörmüz boğazının açılması üçün bütün səviyyələrdə danışıqlar aparılır

20 Oktyabr 2026 - 16:44
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

20 Oktyabr 2026 - 16:37
Milli Məclisin sədri TÜRKPA-nın iclasında çıxış edib

Milli Məclisin sədri TÜRKPA-nın iclasında çıxış edib

20 Oktyabr 2026 - 16:25
Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiq edilib

20 Oktyabr 2026 - 16:14
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb

20 Oktyabr 2026 - 16:09
Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

20 Oktyabr 2026 - 16:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.