Bakıda avtomobil təmiri sexində yanğın olub

🗓 06.04.2024 18:29 ✍️ "Elçi" qəzeti
Bakıda avtomobil təmiri sexində yanğın olub
Bakıda avtomobil təmiri sexində yanğın olub. Elchi.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili qismən qarsalanıb. Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar