Bakıda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan sərnişinlərin kimliyi məlum olub - YENİLƏNİB

🗓 20.08.2014 22:20 ✍️ "Elçi" qəzeti
Bakıda sərnişin avtobusunun aşması ilə nəticələn yol qəzasında xəsarət alan şəxslərin adları məlum69916922caa152a038354a18e968840d olub.
 

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 15  nəfər xəstəxanaya daxil olub, onlardan 3 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 Qəza zamanı xəsarət alan digər 4 sərnişin - 1974-cü il təvəllüdlü Aidə Hüseynova, 1967-ci il təvəllüdlü Mərcan Cavadova, 2004-cü il təvəllüdlü Gülxanım Mürsəlova və 1962-ci il təvəllüdlü Ceyranxanım Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar