"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Bakıda Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır”

15 Mart 2024 - 19:14
in SİYASƏT
#image_title

#image_title

FacebookVatsap

Qüdrət Həsənquliyev: “Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”

Bunu da oxuyun

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

“Tənqid ümumi işin xeyrinə olsa da onu heç kim xoşlamır, nə tənqid edən, nə də tənqid olunan. Çünki hamıda mənfi emosiyalar yaradır, xüsusilə də bayram ərəfəsində. Amma problemlərdən, çatışmazlıqlardan danışılmalı, nöqsanların aradan qaldırılması üçün təkliflər verilməlidir”.

Elchi.az  Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, həm də tənqid olmasa müzakirələrin gedişi parlamentin hökumətə hesabatı təəssüratı yarada bilər:

“2023-cü ildə ölkə sərhədləri heç bir ciddi hüquqi əsas olmadan bağlı saxlanılıb. Ümumdaxili məhsulun həcmində 1,1 faiz artım olub. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə bu, dünya üzrə 3,1 faiz olub. Adambaşına düşən ümumdaxili məhsulun həcmi 0,5 faiz artaraq 12100 manat olub ki, bu göstərici Qərbi Avropa ölkələrindən 8-10 dəfə azdır. Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq. Təbii ki, əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina olunmasa, hökumətin iqtisadiyyata nəzarətinə son qoyulmasa…

2023-cü ildə qeyd etdiyim bu rəqəmlərə əsasən iqtisadiyyatımızın durğunluq dövrünə qədəm qoyduğunu deyə bilərik. Hesabat ilində sahibkarların incidilməsi davam edib, mülkiyyətin qorunması, qanunçuluğun gözlənilməsi istiqamətində ciddi uğurlar əldə edə bilməmişik”.

Millət vəkili əlavə edib ki, bütün bunlara baxmayaraq iki hadisəyə görə, 2023-cü il xalqımzın tarixində əlamətdar il kimi qalacaq: “23 apreldə dövlət sərhədlərini, 20 sentyabrda isə Qarabağ üzərində dövlət suverenliyini bərpa etdik. 20 sentyabr həm də bu günə qədər uğurlarımızın əsasını yaratmış “Əsrin Müqaviləsi”nin imzalandığı gündür. Allah Heydər Əliyevin ruhunu şad etsin. Ona görə təklif edirəm ki, ya 20 sentyabr uğur, yaxud qələbə günü kimi bayram günlərinə daxil edilsin, ya da Zəfər Günü tam və qəti qələbə gününə – 20 sentyabra dəyişdirilsin. İkinci təklifim ondan ibarətdir ki, noyabrda COP-29 Bakıda keçiriləcək. Bu tədbir həyatın xilası üçün keçirilir. İstərdim bilək ki, hökumət nə qədər pul xərcləyəcək. İndi velosiped yolları çəkilir ki, avtomobildən az istifadə olunsun, tüstü insanların ciyərlərini məhv edib, onları xərçəngə, digər ağır xəstəliklərə düçar etməsin. Özümüzü müasir ölkə kimi göstərmək istəyirik. Amma turistlər nə görəcək? Şəhərin mərkəzi küçələri, məktəblərin ətrafı siqaret reklamları və satışı ilə məşğul olan köşklərlə doludur. Bu, qoyulan pulu, çəkilən xərci, əziyyəti də batıracaq, haqqımızda təsəvürlər yaxşı olmayacaq. “Reklam haqqında qanunun” 26-cı maddəsi açıq məkanda reklam adlanır və birinci bəndində deyilir: “Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur”. Həmin qanunun “Tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı” adlanan 28-ci maddəsində isə deyilir: “Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır”. Amma qanuna əhəmiyyət verən yoxdur. Mən və digər deputat həmkarlarım, xüsusilə rəhmətlik həmkarımız Qənirə xanım parlamentdə bu barədə çox danışıb. Mən, deputat sorğuları vermişəm ki, niyə qanun tətbiq olunmur, amma xeyri olmayıb. Ona görə təklif edirəm ki, Milli Məclis və hökumət adından bilmirəm necə adlandırım, tütün karterinə, sindikatına, yaxud trestinə xahişlə müraciət edək – amma xahişlə də düzəlməyəcək – həm də büdcədən onlara yaxşı pul ödəyək ki, COP29 ərəfəsində 1 aylıq siqaretin reklamını, məktəblərin yanındakı köşklərdə gənclərimizin gələcəyini də nəzərə alaraq satışını, ölkəmizin imici naminə dayandırsınlar. Axı onlar da azərbaycanlılardır, bəlkə nəzərə alarlar. Sonda onu da söyləmək istəyirəm ki, bu günlərdə eşitdik ki, ölkədə 40 minə qədər taksinin ləğv olunması istənilir. Hesab edirəm ki, Bakı şəhərində ən azı ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır və bizim şəhərdə Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır. Amma bu avtobusların sayı olduqca azdır. Ona görə də belə bir qərarın qəbul ediməsinə yol vermək olmaz”.

Previous Post

“Bakıda Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır”

Next Post

Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur – Çin

Bənzər yazılar

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər. APA-nın Qarabağa ezam edilmiş...

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib....

Next Post
Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur – Çin

Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin

Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur – Çin

Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.