ANS PRESS bayrama hazırlıq barədə reportaj hazırlayıb.
Müşahidələrimiz zamanı gördük ki, məktəblidən tutmuş, yaşlıyadək hər kəsin başı hədiyyə seçiminə qarışıb. Bir sözlə mağazalarda sözün əsl mənasında izdiham yaşanır. Universitet tələbələri, idarə işçiləri kollektivlərindəki xanımları təbrik etmək üçün güllər alırlar.
Qeyd edək ki, bu gün mağazalarda ən ucuz gül buketi 30 manat, ən bahalısının qiyməti isə 200-400 manat arasında dəyişir. Bayram olduğundan gül mağazalarında əvvəlki günlərlə müqayisədə qiymət artımı da gözdən yayınmır. Qızılgülün bir ədədinin qiyməti 4-5-6, zanbaq 3-4, çobanyastığı 2-3, liliya gülünün bir ədədi isə 3-7 manat arasında dəyişir. Orta ölçülü buket bağlamaq üçün 40-80 manat, böyük ölçülü buketlərin hazırlanması isə 80 manatdan başlayır.