"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Bakıda 5-ci kolon da, masonlar da fəaliyyətdədir”

26 Avqust 2014 - 14:00
in SİYASƏT MANŞET
FacebookVatsap

“Müsbət Dəyişikliklər” gənclər hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev Axar.az-ın 1409003288suallarını cavablandırıb.

– Bəxtiyar bəy, müsbət dəyişikliklər varmı?

– Müsbət dəyişikliklər təbii ki, var. Biz hər zaman ölkəmizdə gördüyümüz müsbət dəyişiklikləri təqdir edir, daha çox müsbət dəyişikliyin olmasını istəyir, gözləyir, tələb edirik. Amma bəzən elə mənfi dəyişikliklər də olurki, görülən müsbət işlərə kölgə salır. Bəzən bu mənfi dəyişikliklərin kimə və nəyə lazımo lmasını anlamaqda çətinlik çəkirik. Amma hər bir halda, optimist olmağa, yalnız və yalnız müsbətə doğru dəyişikliklərin olacağına ümid edirik.

– Bəs bu yayda “Müsbət Dəyişikliklər”in işi nədən ibarət oldu?

– “Müsbət dəyişiklik” gənclər hərəkatının üzvlərinin əksəriyyəti gənc tələbələrdir. Onlar yay ərzində tətildə oldular, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdilər. Eyni zamanda, hərəkatımız Polşa Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin gənc siyasi liderləri üçün təşkil edilmiş beynəlxalq yay məktəbinin təşkilatçılarından biri oldu. Bu yay məktəbində Avropanın və Şərq Tərəfdaşlığı ölkələrinin tanınmış simaları, eyni zamanda Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovadan gənc siyasi liderlər iştirak etdilər. Tədbirin ikinci hissəsi sentyabr ayında Polşada keçiriləcək. Orada da daha nüfuzlu şəxslərin iştirakı gözlənilir.

Bundan başqa, həm hərəkat üzvləri, həm də hərəkatımızın “Öyrən, liderlik et, xidmət et” proqramının iştirakçıları arasından bir çox gənc növbəti tədris ilində öz təhsillərini müxtəlif nüfuzlu təqaüd proqramları ilə (Chevening, Erasmus Mundus, Xaricdə Təhsil Dövlət Proqramı və s.) Çin, Almaniya, Britaniya, İspaniya, Avstriya və digər ölkələrdə davam etdirəcəklər. Bir tərəfdən aktiv üzvlərimizin müvəqqəti olaraq ölkə kənarında olacağına məyus olsaq da, onların alacaqları daha keyfiyyətli təhsilə görə çox sevinirik. Eyni zamanda əminik ki, həmin ölkələrdə yaşadıqları müddətdə həm ölkəmizi yaxşı təmsil edəcəklər, həm də orada gördükləri müsbət tərəfləri Azərbaycana qayıtdıqda tətbiq edərək, müsbət dəyişikliklərə imza atmağa çalışacaqlar.

– Feysbukda layklarınız çoxdur, bunu elektoratınız sayaq, yoxsa virtual təsəlli?

– Bunu mesajlarımızı çatdırmaq üçün auditoriya saymaq ən doğrusu olardı. Bir dəfə Feysbuk sosial şəbəkəsində bir status yazıb, sayğacı olan bir səhifəyə keçid qoymuşdum. Təxminən 15 dəqiqə ərzində 1000-dən çox istifadəçi həmin səhifəni açmışdı.

Xəbər saytlarımızla müqayisədə bu, böyük göstərici idi. İnsanlar bəzən sadəcə xəbər verən saytlardan məlumat almaq əvəzinə, üzərində şəxsi fikirlərin də yazıldığı, fərqli mövqe qoyulduğu xəbərləri oxumağa üstünlük verirlər. Eyni zamanda, Feysbukdakı postlara görə müxtəlif sektorlarda çalışan insanlar tərəfindən tanınmaq da olur. Elə gün olmur ki, hansısa dövlət qurumunda, özəl bir müəssisədə, hətta təyyarədə sərnişin və hosteslərlə də hansısa Feysbuk postunun müzakirəsi olmasın. Məsələn, harasa gedəndə mütləq kimsə tapılır ki, “sizin o məsələ ilə bağlı mövqeyiniz çox xoşuma gəldi” və ya “həmin məsələdə mən bir az fərqli düşünürəm” deyərək söhbət açılır. Yəni, insanlar yazılanları “layk” etməsələr də, yazılı münasibət bildirməsələr də, oxuyur, xatırlayırlar.

– “Sem dayı”nın uşaqları, 5-ci kolonun üzvləri, masonlar… Bu söhbətlər düzdür?

– “Sem dayı”nın uşaqlarının Azərbaycanda olması doğru deyil. Amma 5-ci kolon üzvləri də, onların fəaliyyəti də ortadadır. Bəzən 5-ci kolon üzvləri açıq şəkildə ölkə maraqlarına zidd addımlar atmaqdan belə çəkinmirlər. Onların çox güclü şəbəkəsi onlara mane olmağa da imkan vermir. Masonlara gəldikdə, bəli, masonlar mövcuddur. Heç kim onların mövcudluğunu inkar edə bilməz. ABŞ başda olmaqla, bir çox ölkədə, hətta qardaş Türkiyədə də mason lojaları açıq fəaliyyət göstərir. ABŞ-da olanda bir çox mason lojalarında olmuşam. Orada ABŞ-ın qurucu atalarının, bir çox ABŞ prezidentinin hansı loja üzvü olduqları da açıq göstərilmişdi. Lakin Azərbaycanda masonların dünyanı idarə etməsi ilə bağlı çoxlu miflər var. Bəzən Yasamalda işıq və suyun kəsilməsini də masonların təxribatı kimi qələmə verməyə çalışan və buna inanan sadəlövhlər olurlar.

– İŞİD-in də Amerikanın layihəsi olduğu söyləndi…

– ABŞ-ı dünyada gözdən salan və ABŞ-ın öz layihələri olan çox şey var. Bunu zamanla özləri də etiraf edirlər. Bəzən Amerikaya müəyyən məqsədlər üçün xarici düşmən obrazı lazım olur.Onu bəzən İraqda, bəzən Suriyada yaradırlar, daha sonra isə onunla mübarizə aparırlar. Bu isə təkcə ABŞ-ın nüfuzuna yox, həmdə ABŞ-ın təmsil etdiyi demokratik dəyərlərə böyük zərbədir. Dünyadakı sıravi vətəndaşlar biləndəki, ABŞ bəzən öz maraqlarına görə demokratik dəyərləri tapdalayıb keçir, o zaman demokratiya fəallarının da işi çətinləşir.

İnsanlar ABŞ-ı nümunə göstərərək demokratik dəyərlərə sahib olmağa çəkinirlər. Amma mən hər zaman bu məsələdə “mollanın dediyini edin, etdiyini etməyin” yanaşmasına üstünlük verirəm.Yəni, ABŞ-da hansısa ştatda bir qanun pozuntusu, ədalətsizlik olursa, məhz buna görə demokratik sistemdən, dəyərlərdən imtinanın tərəfdarı deyiləm.

– Yeri gəlməsə də soruşum: sizin hərbi xidmət məsələniz nə yerdə qaldı?

– Bilirsiniz ki, mən 2011-ci ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdim. Məhkumluqla bağlı 2016-cı ilə qədər möhlətim var. Ondan əvvəl səfərbərlik olsa, yaxud 2016-cı ildə dövlətimiz necə məsləhət bilsə, elə də addım atacağam. Əsas odur ki, ordu və hərbi xidmət siyasi hakimiyyət tərəfindən gənc fəallara, demokratiya aktivistlərinə, hüquq müdafiəçilərinə qarşı cəza, təzyiq aparatı kimi istifadə edilməsin.

– Bir müddət öncə cəbhədə fəallaşma, erməni təxribatları oldu, şəhidlər verdik. İzləyirdinizmi prosesləri, nəbaşverirdi?

– Allah bütün şəhidlərimizə rəhmət etsin. Ermənistan heç vaxt icazəsiz, özbaşına, böyük qardaşları Rusiyanın göstərişi olmadan atəşkəsi bu miqyasda poza bilməzdi. Rusiyaya Ukraynada baş verən hadisələrdən sonra bir sülhpərvər, mələk obrazı lazım idi.Onu da Soçi görüşü ərəfəsində Ermənistan-Azərbaycan arasında qarşıdurmanı alovlandıraraq, sonra isə “sülh” yaradaraq əldə etməyə çalışdılar.

– Bu görüş münaqişənin həllinin Qərbdən çox, Rusiyadan asılı olduğunun növbəti təsdiqi idimi?

– Soçi görüşündən əvvəl baş verən gərginliyi, Rusiya rəsmilərinin bəyanatlarını izlədikdə aydın görünür ki, Rusiya münaqişəni alovlandırıb. Sonra danışıqlaraevsahibliyi etməklə həm sülhpərvər obrazınıyaratmağa, həmdə Qərbə bu regionda öz hegemonluğunu nümayiş etdirməyə çalışırdı. Bundan əlavə, tərəflərə, xüsusi ilə də Azərbaycana Qarabağ münaqişəsi vasitəsi ilə hər zaman təzyiq edə biləcəyi siqnalını verirdi.

Düşünürəmki, Qərb Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almalı, Rusiyaya hər addımında dəstək verən, Rusiyanın forpostuna çevrilmiş Ermənistana ciddi təzyiqlər göstərməli, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün sadə bəyanatlardan əməli işə keçməlidir.

Təbiiki, bu da asan deyil. Həm ona görəki, Qərb bu məsələdə bir az aktivləşən kimi Rusiya cəbhədə gərginlik yaradır.

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

– See more at: http://axar.az/news/27676#sthash.fIIXasGI.dpuf

Previous Post

“Bakıda 5-ci kolon da, masonlar da fəaliyyətdədir”

Next Post

Müəllimi ilə sevgili olan, içkinin güdazına gedən xanım sənətkarımız

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Müəllimi ilə sevgili olan, içkinin güdazına gedən xanım sənətkarımız

Müəllimi ilə sevgili olan, içkinin güdazına gedən xanım sənətkarımız

Son xəbərlər

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

23 İyul 2026 - 17:16
Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

23 İyul 2026 - 17:08
Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

23 İyul 2026 - 16:56
Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

23 İyul 2026 - 16:49
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

23 İyul 2026 - 16:35
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

23 İyul 2026 - 16:23
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

23 İyul 2026 - 16:12
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

23 İyul 2026 - 16:08
Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

23 İyul 2026 - 16:00
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

23 İyul 2026 - 15:52
ARDNF-in investisiya portfeli 9% artıb

ARDNF-in investisiya portfeli 9% artıb

23 İyul 2026 - 15:45
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

23 İyul 2026 - 15:28
Saatlıda 9 kq narkotik aşkarlanıb

Saatlıda 9 kq narkotik aşkarlanıb

23 İyul 2026 - 15:20
Azərbaycana gələn turistlər azalıb

Azərbaycana gələn turistlər azalıb

23 İyul 2026 - 15:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.