Bakıda 100 minlik «Mustanq» «BMW» ilə toqquşdu - FOTOLAR

🗓 18.08.2014 23:47 ✍️ "Elçi" qəzeti

Hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.img1621147

Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat qəzası baş verib.
Hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, axşam saat 19:30 radələrində həmin ünvanda yolayrıcının düzgün keçilməməsi səbəbindən yüksək sürətlə hərəkətdə olan «Mustanq» və «BMW» markalı avtomobillərin toqquşması nəticəsində sonuncunun sürücüsü xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Qəza yerinə Dövlət Yol Polisi İdarəsinin və təcili tibbi yardımın işçiləri gəlib. Qəzanın hansı səbəbdən və kimin günahından baş verməsi səbəbləri araşdırılır.
«Mustanq» markalı avtomobilin dəyərinin 100 min manatdan baha olduğu bildirilir.
Avtosfer.az
 

Bənzər yazılar