Bakıda ərinə xəyanət edən gəlin öldürüldü

🗓 12.12.2017 10:20 ✍️ "Elçi" qəzeti
Bakıda ərinə xəyanət edən gəlin öldürüldü
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Elchi.az-ın APA-ya istinadən xəbərinə görə, insident  Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini öz gəlini (A.M.) ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb. Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bənzər yazılar