"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu» – Al gülüm, ver gülüm – FOTO

03 Oktyabr 2015 - 11:29
in XƏBƏR LENTİ
FacebookVatsap
Həm cəriməni ödə, həm də sürücülük hüququ məhdudlaşdırılır; bəs qanunlar nə deyir?

Son günlər bu məzmunla müraciətlərin artması bizi bu mövzuya toxunmağa vadar etdi. Bəri başdan bildiririk ki, heç bir sürücü qayda pozduğu üçün tətbiq olunanan cəriməni ödəməkdən azad deyil. Sürücü barəsində tərtib olunmuş protokolu və qərarı “unudub” cəriməni ödəməkdən yayına biləcəyini düşünməməlidir. Ünvana rəsmi bildiriş gəlibsə, qanunvericiliyə uyğun reaksiya verilməlidir. DYP-nin göndərdiyi elektron protokollar əsasında sürücü banka və ya poçta gedib cəriməni ödəməlidir, yaxud müvafiq əsaslar olduqda bu protokoldan şikayət etməlidir. Amma MMX protokol aldığı halda «Bir il ödəməsəm öz-özünə silinəcək» düşüncəsi ilə yaşayan sürücülər də var. Bu düşüncə sonda avtomobilin cərimə meydançasına salınması, cərimə ödənilməmiş qaldıqda isə sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Bunlar Avtosfer.az saytı olaraq sürücülərə tövsiyyələrimizdir. Bunlara əməl etmədikdə problemlər qaçılmazdır. Lakin toxunacağımız məsələ bir az fərqlidir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsində sürücülərin üzləşdiyi eyni məzmunlu problemlər barədə redaksiyamıza daxil olan bir-iki məlumatı nəzərdən keçirdikdə əvvəl düşündük ki, bəzi inspektorlar səhvə yol verir, məsuliyyətsizlik edir və ya sürücünün qanunları bilməməsindən istifadə edərək başqa fikirlərə düşürlər. Lakin bu cür xəbərlərin sayı durmadan artmağa başladı və nəhayət, dünən Sumqayıt şəhər sakini Nicat Heydər oğlu Mirzəyevin dediklərindən sonra bu mövzuya toxunmaq qərarına gəldik. Nicat Mirzəyev Avtosfer.az-a bildirdi ki, iki həftə bundan əvvəl idarə etdiyi «VAZ-21015» markalı, 01-BH-559 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər DYPİ-nin cərimə meydançasına aparılıb. Səbəb isə onun 96 manat ödənilməmiş cəriməsinin olmasıdır. Sürücü avtomobili çıxarmaq üçün Bakı şəhər DYPİ-yə gedib: «Orada 1-ci otaqda oturan Hüseyn adlı polis mayoru bildirdi ki, get cəriməni ödə, sonra sürücülük vəsiqəsini də götür gəl yanıma. Soruşdum ki, vəsiqə nəyə lazımdır? Mayor bildirdi ki, cərimənin ödənilməsindən 3 aydan artıq vaxt keçdiyi üçün sürücülük hüququmu məhdudlaşdıracaq. Mən soruşdum ki, bunun başqa yolu yoxdurmu? Cavab verdi ki, 300 manat versən, həll edərik, maşını da götürüb gedərsən. Amma maşın 2 həftə cərimə meydançasına qaldığı üçün ora da 50 manat ödəmək lazımdır (Qeyd: cərimə meydançasında avtomobilin saxlanılmasının haqqı bir gün üçün 30 qəpikdir – red.). Mən bildirdim ki, o qədər pulum yoxdur, taksi sürürəm, başqa işim də yoxdur. Mayor dedi ki, o zaman 150 manat gətirərsən, həll edərik. Dünən yenidən onun yanına gedib bildirdim ki, cəriməni 3 gün əvvəl ödəmişəm, dövlətə cərimə lazım idi, onu da ödədim, maşınımı buraxın gedim. Dedi ki, yox, vəsiqəni gətir, sonra baxarıq».

Bunu da oxuyun

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Hesablama Palatasına yeni səlahiyyət verilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Nicat kimi sürücülərin sayı hər gün artır. Ödənilməmiş cərimələrə görə avtomobili cərimə meydançasına salınan sürücülər cəriməni ödədikdən sonra Bakı şəhər DYPİ-dəki otaqları gəzməli olurlar. Burada isə sürücüləri «vəsiqəni məhkəməyə göndərəcəm, əslində sürücülük hüququ 1 il məhdudlaşdırılmalıdır, amma sənə hörmət edib 6 ay edəcəm» kimi fikirlərlə qorxudub 100-300 manat arası pul tələb olunur. Bu pulun hara getdiyi heç kimə məlum deyil. Adətən bu pulları otaqlarda oturan mülkü şəxslər alıb işi həll edirlər. Mülkü şəxslər isə otaqlardakı polislərin köməkçisi sayılır. Onlar pulu alandan sonra sürücülük vəsiqəsini qaytarır və avtomobilin cərimə meydançasından buraxılması barədə qəbz verirlər. Amma pul verməyənlər Nicat Mirzəyev kimi get-gelə salınır. Sual yaranır: Əgər həmin inspektor həqiqətən də sürücünün sürücülük hüququnu məhdudlaşdırmaq istəyirsə, bunu hansı qanuna əsasən edəcək? Bir halda ki, sürücü cəriməni ödəyib, o zaman DYP əməkdaşı məhkəməyə hansı sənədi göndərəcək, məhkəmə nəyə əsasən sürücülük hüququnu məhdudlaşdıracaq? Axı, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb ola biləcək gecikdirilmiş cərimə ödənilib, o zaman bu məsələ necə həllini tapmalıdır? Bu və digər suallarla yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. Ə.Hüseynov Avtosfer.az-a bildirdi ki, cərimənin ödənilməsi gecikdirildikdə sürücülük hüququnun məhdudlaşdırılması, yəni İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 313-2.2-ci maddəsinin tətbiqi cərimə sanksiyasının ödənilməsini təmin etmə üsulu kimi təsbit edilir. Ona görə də, birincisi, cərimənin tətbiqi barədə qərar qüvvəyə mindikdən sonra 3 aylıq müddət bitənədək icra olunduqda İXM-in 313-2.2-ci maddəsi heç bir halda tətbiq oluna bilməz. İkincisi, bu qərar qanuni qüvvəyə mindikdən sonra 3 aylıq müddət keçsə də, müvafiq DYP orqanında sürücü barəsində İXM-in 313-2.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən sürücü cəriməni ödəməsi barədə sənəd təqdim etdikdə protokol tərtib edilməməli, onun nəqliyyat vasitəsi dərhal mühafizə olunan duracaqdan buraxılmalı, sürücünün vəsiqəsi özünə qaytarılmalıdır.

İXM-in 451.7-ci maddəsinə əsasən, sürücüyə tətbiq edilən inzibati cərimənin ödətdirilməsi üçün 3 ardıcıl tədbir nəzərdə tutulur:

1) qərarın qanuni qüvvəyə mindiyi gündən 1 ay sonra dəbbə pulunun hesablanması;

2) həmin gündən 2 ay sonra inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi;

3) həmin gündən 3 ay sonra İXM-in 311-2.2-ci maddəsinin tətbiqi.

Cərimənin ödətdirilməsi üçün bu tədbirlər məhz belə ardıcıllıqla tətbiq edilməlidir. Cərimənin gecikməsi 3 aydan artıq davam etsə də, sadalanan tədbirlərin tətbiqi ardıcıllığı gözlənilməlidir. Belə olduqda nəqliyyat vasitəsi cərimə meydançasına qoyulan şəxs bundan sonra cəriməni və dəbbə pulunu ödəyərsə, İXM-in 313-2.2-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Hətta DYP əməkdaşı sürücünü İXM-in 313-2.2-ci maddəsi üzrə protokolun tərtib edilməsi üçün  çağırdıqada və çağırışa gələn sürücü DYP əməkdaşı ona vəziyyəti izah etdikdən sonra cəriməni və dəbbə pulunu ödəmək istədikdə ona qısa müddətə (məsələn, həmin iş gününün sonunadək) vaxt verilə bilər ki, cəriməni və dəbbə pulunu ödəsin. Belə halda da İXM-in 313-2.2-ci maddəsi üzrə protokol tərtib edilməyəcək. Çünki bu tədbirlərin  hədəfi cərimənin ödənilməsini təmin etməkdir.

Previous Post

Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu» – Al gülüm, ver gülüm – FOTO

Next Post

Mərkəzi Bankdan hamının gözlədiyi manat açıqlaması

Bənzər yazılar

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49

Bəstəkar-ifaçı Aydan Əliyevanın Oğuz rayonunda möhtəşəm solo konserti keçirilib. Konsert Oğuz rayonunun ən böyük parkı olan Zərifə Əliyeva adına İstirahət...

Azərbaycanda bu il internet xidmətləri 20%-dən çox artıb

Azərbaycanda bu il internet xidmətləri 20%-dən çox artıb

14 Avqust 2026 - 12:51

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq...

Next Post

Mərkəzi Bankdan hamının gözlədiyi manat açıqlaması

Mərkəzi Bankdan hamının gözlədiyi manat açıqlaması

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.