"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Bakı Limanı ötən il yükaşırmanı 15%-dək artırıb

09 Fevral 2022 - 14:34
in İQTİSADİYYAT
FacebookVatsap

Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) ümumi yükaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib.

Bunu da oxuyun

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Ölkə ərazisində 114 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

Bakı Limanından verilən məlumata görə, müşahidə olunan yük həcminin artımı Azərbaycanın tranzit mövqeyinin regionda möhkəmlənməsinin və xüsusən də, konteynerləşmiş yüklərin artımı Azərbaycan üzərindən keçən dəhlizlərin beynəlxalq logistikaya inteqrasiyasının göstəricisi kimi qiymətləndirilə bilər.

Məlumata görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 5,6 mln. ton olubdur ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 14,6% çoxdur.

Ümumi yükaşırmanın 5,1 mln. tondan çox və ya 92,7%-lik hissəsi tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə olan marağının nəticəsidir.

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri quru yükün aşırılmasında qeydə alınıb. Beləki, 2020-ci ildə Bakı Limanı vasitəsilə 711 min tondan çox quru yük aşırılmışdısa, ötən il bu göstərici 66% artaraq, 1 milyon 183 min tondan çox olub.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində müşahidə edilib. 2021-ci ildə aşırılan neft və neft məhsullarının həcmi 2020-ci ilə nisbətən 2,3 dəfə artaraq 1,1 mln. tondan çox olub.

Qeyd edək ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmaların davam etməsi beynəlxalq nəqliyyat xətləri üzrə hərəkət istiqamətlərində müəyyən dəyişikliklərə səbəb olub. Belə ki, hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub. Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Eyni zamanda, Bərə terminalında vaqon aşırılmasında 18,7% azalma müşahidə edilib. Ötən il Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib. Qeyd olunmalıdır ki, 2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə alınıb. Yuxarıda qeyd edilən sahələr üzrə faiz göstəricilərində müəyyən azalma qeydə alınsa da, ümumi yükaşırmanın həcmində müsbət tendensiya davam edib.

Ümumilikdə, 2021-ci ildə Bakı Limanında qeydə alınan nəticələr müsbət qiymətləndirilir, ötən il üçün əvvəlcədən müəyyənləşdirilən proqnoz 104% həcmində icra edilib. Bakı Limanının yükaşırma həcminin artması bilavasitə Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi daxili məhsulunun artması kimi səciyyələndirilir və Azərbaycanın regionda trans-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Previous Post

Bakı Limanı ötən il yükaşırmanı 15%-dək artırıb

Next Post

AMB-nin valyuta məzənnələri

Bənzər yazılar

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29

Avropa İttifaqı (Aİ) - Qərbi Balkan ölkələri Sammiti çərçivəsində inkişaf planı, genişlənmə məsələsi müzakirə olunub. Elchi.az  xəbər verir ki, bunu...

Ölkə ərazisində 114 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 114 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

05 İyun 2026 - 16:57

İndiyədək ölkə ərazisində 113.935 ədəd yeni nəsil kassa aparatı quraşdırılıb. Elchi.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat...

Bakı nefti 113 dolları ötdü

Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

05 İyun 2026 - 10:00

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,62...

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş yenidən ucuzlaşıb

05 İyun 2026 - 09:34

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX...

Next Post
AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

Son xəbərlər

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19
Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

05 İyun 2026 - 19:18
ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

05 İyun 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.