Bağlanan liseylərin 300 şagirdi Bakının məktəblərində yerləşdirilib
“Hazırda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin 300
nəfər şagirdi paytaxtın digər məktəblərində yerləşdirilib”. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, idarə tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərinin paytaxtın digər məktəblərində yerləşdirilməsi prosesi davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi şagirdlər tam yerləşdirilənə qədər davam edəcək. Hazırda 300 nəfər şagird məktəblərdə yerləşdirilib. Qeyd olunub ki, ən çox müraciət olunan məktəblər arasında 6 saylı məktəb və Zərifə Əliyeva adına liseyi göstərmək olar.