Bağdad İran və Səudiyyə Ərəbistanı arasında münasibətləri yaxşılaşdırmağa çalışacaq.
Elchi.az İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Məhəmməd Şia As Sudan məlumat verib.
İraqın regionda gərginliyin azaldılmasına nail ola biləcəyinə inandığını vurğulayan Sudan, Bağdadın Tehran və Ər-Riyadın fikirlərini yaxınlaşdırmağa çalışacağını da əlavə edib:
“Biz hesab edirik ki, dialoq iki ölkə arasında razılaşmaların əldə olunması üçün yeganə yoldur”.
Xatırladaq ki, indiyədək Bağdadda İran və Səudiyyə Ərəbistanı arasında 5 dəfə dialoq keçirilib və bir neçə ay əvvəl İraqın keçmiş baş naziri Mustafa Əl-Qədim bununla bağlı Səudiyyə Ərəbistanı və İrana səfər edib.
Yeganə