“Ol” nəşrləri evi yazıçı Babək Göyüşün yeni kitabını nəşr edib.
“Ədəbiyyat Cəbhəsində Sakitlikdir” adlanan kitaba yazıçının son illər qələmə aldığı publisistik yazıları salınıb.
Kitabın redaktoru Namiq Hüseynlidir.
Geniş publika üçün nəzərdə tutulan kitaba yazıçının elektron və yazılı mediada işıq üzü görən ədəbi düşüncələri, şair və yazıçılardan aldığı müsahibələr, yol qeydləri daxil edilib.
Kitabı bu ayın axırında Bakının kitab mağazalarından və müəllifin özündən almaq olacaq.
Qeyd edək ki, yazıçının “Ağ geyimli qadın” adlı ilk hekayələr kitabı 2008-ci ildə çap edilib.
Babək Göyüş 2013-cü ilin iyun ayında AYB-nin üzvlüyündən istefa verib. Onun “Yaşıl qurbağanın çəhrayı daşı” hekayəsi “Azadlıq Radiosu”nun “Oxu zalı”nda keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilən “Ədəbi Azadlıq-2011” hekayə müsabiqəsində 3-cü yerə layiq görülüb.
Elchi.az saytı olaraq həmkarımızı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.