Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Qurban bayramı münasibətilə 988 məhkuma amnistiya elan edib.
Elchi.az xəbər verir ki, Ölkənin rəsmi agentliyi olan WAM-da yer alan xəbərdə, prezident Bin Zayedin müxtəlif işlərdə mühakimə olunan və həbsxanalarda olan 988 nəfərin azadlığa buraxılması əmri verdiyi bildirilib.
Sözügedən qərarın Qurban bayramı münasibəti ilə verildiyi xəbərində Bin Zayedin “ailələri sevindirmək və məhkumlara yeni imkan yaratmaq üçün” hər il bu istiqamətdə amnistiya verdiyinə diqqət çəkilib.
BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Ramazan ayında 1025 nəfərə amnistiya elan edib.
Şayəstə Hüseynova