Bəşər Əsədin qurduğu yeni hökumət
Suriya prezidenti Bəşər Əsəd yeni hökumətin formalaşdırılması ilə bağlı fərman imzalayıb. "İnterfaks"ın
verdiyi məlumata görə, Vail əl-Halki baş nazir vəzifəsində qalıb. Valid Müallem xarici işlər naziri postunu tutmaqda davam edəcək. Fəhd əl-Freyc müdafiə, Məhəmmə İbrahim əş-Şaar isə daxili işlər naziri təyin edilib.

Ədliyyə, dini işlər və informasiya nazirləri də dəyişdirilib.