Bəhreyn İsrailin Qəzzaya əməliyyatı fonunda Fələstin xalqı ilə həmrəylik əlaməti olaraq İsraildəki səfirini geri çağırıb və yəhudi tərəfi ilə iqtisadi əlaqələri dayandırıb.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə krallıq parlamentinin aşağı palatasının bəyanatında deyilir.
“…İsrailin Bəhreyndəki səfiri krallığı tərk etdi və Bəhreyn krallığın İsraildəki səfirini ölkəyə qaytarmaq qərarına gəldi. İsraillə iqtisadi əlaqələr də dayandırılıb”, – deyə ştatın Deputatlar Palatasının saytında yerləşdirilən bəyanatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl İsraildən səfir İordaniyanın nümayəndələri tərəfindən geri çağırılıb.
Yeganə