"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bəhram Bağırzadədən sərt sözlər: `Bizə xəyanət etdilər`

14 Sentyabr 2016 - 09:38
in XƏBƏR LENTİ
FacebookVatsap

“Neftçi” klubunun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə komandanın “Qəbələ” klubuna böyük hesablı məğlubiyyətinə (0:8) və bundan sonra “Flaqman”ın sabiq qapıçısı Saşa Stamenkoviçin qalmaqallı bəyanatına münasibət bildirib.

Bunu da oxuyun

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

 

B.Bağırzadə fikirlərini Facebook sosial şəbəkəsində öz səhifəsində paylaşıb.

Açıqlamada bildirilir ki,kluba qarşı kampaniyalar hələ ötən ildən başlanıb: “Əziz “Neftçi” azarkeşləri, Sizi aldadırlar. Müşahidə Şurası yaradılan kimi vəzifəli adamların qohum və tanışları, uşaq futboluna “tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı. Qərar verildi ki, klubun bütün xərcləri tam şəffaf şəkildə yoxlansın və bu prosesi müstəqil olan audit şirkəti həyata keçirdi. Buna qədər “Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub sanballı saytlarla əməkdaşlıq etməyə başladı”.

Şura üzvünün sözlərinə görə, “sifarişli yazılar” üzündən nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləmək imkanı verilməyib: “Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək, öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa, onlar hansı təzyiq altında işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər.

Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa, biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik”.

B.Bağırzadə və M.Nəcəfovun fikrincə, məhz bunun nəticəsində əsas komandanın oyunu hazırki səviyyəyə enib, yeni futbolçular açıq-aşkar məşqçilərin “ayağının altını qazmağa” başlayıblar.

Bununla yanaşı, bəyanatda transfer siyasətinin də klub icraçıları və məqşiləri tərəfindən biabırçı şəkildə icra edildikləri bildirilir: “Biz sizə həqiqət yazırıq! Bu məğlubiyyətdən sonra hamımız hisslərimizlə davranırıq. Amma məhz “Qəbələ” klubuna qarşı ötən mövsümün may ayında 3 oyun keçirdik və bu qarşılaşmaların heç birində məğlub olmayaraq ölkə kubokunun finalına çıxdıq. Həmin oyunları yada salın və son matçla müqayisə edin. İlyarım ərzində “Neftçi” iki dəfə Azərbaycan kubokunun finalına yüksəldi və həlledici oyunlarda “Qarabağ”a (son final matçının 120-ci dəqiqəsində) məğlub oldu. Bizim nəticələrimizə diqqət yetirin.

Əgər “Neftçi”də hər şey belə pisdirsə, necə olur ki, əvəzedici komandamız ölkə çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara yiyələnirlər”.

Bəyanat müəllifləri mövcud vəziyyətdən çıxacaqlarına əminlik ifadə ediblər: “Əsas komanda “ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz “Neftçi”ni yüksəldib Çempion edəcəyik! Biz bu komandanı sizdən az sevmirik, amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma “Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın.

Biabırçı oyunlar və bu kimi nəticələr təkrarlana bilər. Fikir verin, komanda uduzan kimi “Neftçi” üçün “narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində yoxdur. Bu sifarişli tələblər və yazılardır. Bizim klubun tarixində ağır günlər olub. “Ararat” klubuna 1:6 və Polşa təmsilçisinə iki oyunun nəticəsinə görə 0:10 hesablı məğlubiyyətləri misal göstərmək olar. Amma bu nəticələrdən sonra da “Neftçi” ayağa qalxaraq çempionluq üçün oynadı. Həmişə belə olub və olacaq. Müsəlman dünyasında günahsız insanı təqsirləndirmək böyük günah sayılır. Bizi əbəs yerə günahlandıranlar başa düşməlidir ki, dedikləri sözlərə görə allahın qəzəbinə tuş gələ bilərlər”.

Şura üzvləri istefa verməyə hazır olduqlarını da bəyan ediblər: “Getməyimiz sevimli klubumuza xeyir verəcəksə, biz getməyə hazırıq. Amma bu klubu futbol işbazlarına və transferlərdən pul qazanmaq istəyənlərin ümidinə qoymayacağıq. Hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Previous Post

Bəhram Bağırzadədən sərt sözlər: `Bizə xəyanət etdilər`

Next Post

ABŞ İraqda kimyəvi silah istehsalı zavodunu bombalayıb

Bənzər yazılar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin...

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək. Elchi.az xəbər verir ki,...

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30

İordaniya kralı II Abdullah ibn əl-Hüseyn noyabrın 5-6-da Qazaxıstana rəsmi səfər edəcək. Elchi.az xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin mətbuat...

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaları xaricdən verilən tapşırıqlarla əlaqələndirib. Elchi.az  xəbər verir ki, o, müxalifətdəki proseslərlə bağlı...

Next Post

ABŞ İraqda kimyəvi silah istehsalı zavodunu bombalayıb

ABŞ İraqda kimyəvi silah istehsalı zavodunu bombalayıb

Son xəbərlər

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Aİ Kiyevə 2028-ci il üçün qəti vəd vermədi

Aİ Kiyevə 2028-ci il üçün qəti vəd vermədi

04 Noyabr 2026 - 17:27
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib

Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib

04 Noyabr 2026 - 17:15
Monteneqronun Aİ-yə daxil olacağı tarix açıqlanıb

Monteneqronun Aİ-yə daxil olacağı tarix açıqlanıb

04 Noyabr 2026 - 17:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.