İstintaq Zəngəzur mis-molibden Kombinatının əməkdaşının qətlində azərbaycanlıların (əsir götürülən əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundov nəzərdə tutulur – red.) iştirakına dair heç bir sübuta malik deyil.
Elchi.az xəbər verir ki, bu sözləri özünün rəsmi Feysbuk səhifəsində Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.
Qeyd edək ki, duman səbəbindən azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundovun guya Zəngəzur mis-molibden kombinatının mühafizəçisi Hayrapet Meliksetyanı öldürməsi ilə bağlı iddia yayılıb. İddiaçılar guya mühafizəçinin telefonunun azərbaycanlı əsgərin cibində tapıldığını bildirirlər.
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...





















Son şərhlər