Müdafiə Sənayesi Nazirliyi Bakıda keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində yerli istehsal olan pulemyotlar nümayiş etdirib.
Elchi.az xəbər verir ki, ən iri yerli pulemyotlardan olan AT-30 bir dəqiqəyə 300-550 patron buraxmaq gücündədir. Pulemyot 30 millimetrlik patronlarla təchiz olunur.
Bundan başqa, sərgidə “İqlim” pulemyotu təqdim olunub. Bu pulemyotlar 12,7х108 millimetrlik güllələrlə təmin olunur və həm quruda, həm suda, həm də havada hədəfləri vurmaq iqtidarındadır.
Müdafiə Sənayesi Nazirliyi, həmçinin 7,62 millimetr və digər kalibrli pulemyotları nümayiş etdirib.
ADY: 10 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
2026-cı ilin ilk 10 ayında ADY-nin qatarlarına 26 daşatma hadisəsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir...





















Son şərhlər