"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Putinin təsdiq etdiyi konsepsiyanın mahiyyəti nədir?

06 Sentyabr 2022 - 17:00
in SİYASƏT
FacebookVatsap

“Rusiya prezidenti Vladimir Putin humanitar siyasət konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən xarici ölkələrdə Rusiyanın mədəniyyəti, tarixi və dilinin təbliği dövlət siyasətinin tərkib hissəsinə çevriləcək. Bu fəaliyyət Kremlin birbaşa nəzarətində olacaq”.

Bunu da oxuyun

Zakir Həsənov Pakistana başsağlığı verib

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Məkrəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Kremldən açıqlayıblar ki, konsepsiya indiki sərt sanksiyalar fonunda Qərb ölkələrində həyata keçirilməyəcək. Deməli, diqqət daha çox Rusiyaya qonşu ölkələrə yönələcək. Konsepsiyanın əsas məqsədi kimi “Rusiyanın xaricdə obyektiv qavrayışını formalaşdırmaq” göstərilib. Maraqlıdır, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və ətrafdakı separatçılara verdiyi dəstək fonunda hansı “obyektiv qavrayışdan” danışmaq olar? Demək təbliğat obyektiv olmayacaq, Ukrayna mövzusunda ya danışmaq istəməyəcəklər, ya da deyəcəklər ki, “Rusiya Ukraynada rus dünyasını qorumağa çalışır”.
Putinin təsdiq etdiyi konsepsiyada ayrı bənd kimi xarici ölkələrdə rus dilinin mövqelərinin möhkəmləndirilməsi vacibliyi göstərilib. Azərbaycan kimi ölkələrdə buna ehtiyac yoxdur. Rus dilinin məmləkətimizdə mövqeləri o qədər möhkəmdir ki, bir sıra ailələrdə ana dilini əvəz edib. Konsepsiyaya əsasən xarici ölkələrdə rus dilində olimpiadaların keçirilməsi, rus ədəbiyyatının və tarixinin öyrənilməsinin gücləndirlməsi yer alıb. Bu o deməkdir ki, Rusiyanın müxtəlif ölkələrdəki səfirlikləri yeni konsepiyanın yerinə yetirilməsi üçün çalışmalarını gücləndirəcəklər.
Konsepsiyada İkinci Dünya Müharibəsinə aid belə bir bənd var: “Rusiya xarici ölkələrdə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısını almalıdır”. Bu bənd birbaşa Rusiyanın başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Mən Stalini Hitlerlə bir tuturam, hər ikisi xalqları əzən diktator olub, İkinci Dünya müharibəsi zamanı Varşavada alman faşistlərinə qarşışı qiyam qalxdı, polşalılar kömək gözlədilər, ancaq çayın o biri sahilində qətliamı izləyən SSRİ qoşunları gözləmə mövqeyində dayandılar. Belə çıxır ki, Rusiyanın humanitar siyasət konsepsiyasına görə öz ölkəmdə mənim kimi düşünənləri hədəf alacaqlar. Konsepsiyada separatçıları da unutmayıblar: “Rusiya Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə yanaşı Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk Respublikaları ilə də ikitərəfli əlaqələrin genişləndirməlidir”.
Göründüyü kimi, bu Rusiyanı dünyada tanıtmaq üçün xoşniyyətli konsepsiya deyil. Əsas məqsədi Kremlin planlarını və düşüncə tərzini konsepsiya yolu ilə müxtəlif dövlətlərə zorla qəbul etdirməkdir”.

Yeganə

Previous Post

Putinin təsdiq etdiyi konsepsiyanın mahiyyəti nədir?

Next Post

DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

Bənzər yazılar

Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal...

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00

“Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala,məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün özmüstəqil...

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan...

Next Post
DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

DGK-nın daha bir generalı vəzifəsindən azad olundu

Son xəbərlər

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

21 Sentyabr 2026 - 15:42
Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.