"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanın milyardlarla investisiya yatırdığı ölkə çalxalanır

26 Oktyabr 2016 - 09:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Azərbaycanın milyardlarla investisiya yatırdığı ölkə çalxalanır Natiq Cəfərli: “İnvestisiyalara problem yaranacağını zənn etmirəm”; Elxan Şahinoğlu: “Rusiyadan Montoneqro müxalifətinə açıq dəstək oldu, amma…”

Montoneqroda (Çernoqoriya Respublikası) bu ayın əvvəlində keçirilən parlament seçkilərindən sonra ölkə daxilində vəziyyət gərginləşib. Qanunverici orqanda 81 yerdən 31-nə yiyələnən müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edərək nəticələrlə razılaşmır və baş nazirin istefasını tələb edirlər.
Tələblər təkcə bununla bağlı deyil. Müxalifət  Çernoqoriyanın NATO-ya qoşulmasının referenduma çıxarılmasını istəyir. Müxalifətin tələbləri sırasında Rusiyaya qarşı sanksiyalara görə üzr istənilməsi tələbi də var. Müstəqil ekspertlər hesab edirlər ki, Montoneqroda baş verənlərdə ya şimal qonşumuzun, ya da Rusiyaya yaxın dövlətlərin gizli əlləri var. 
Qeyd edək ki, Montoneqroda baş verən proseslər Azərbaycanı da yaxından narahat etməlidir. Çünki ölkəmizin ən çox investisiya qoyduğu ölkələr sırasında Montoneqro da yer alır. Bu ölkədə baş verən hər hansı bir hakimiyyət dəyişikliyinin Azərbaycan investisiyalarına təhlükə yarada biləcəyi ehtimal olunur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkəyə yüz milyonlarla yatırım qoyub. Bu amillərə görə Montoneqroda  baş verənlər ölkəmiz tərəfindən yaxından izlənilir.
Image result for İqtisadçı ekspert Natiq Cəfərli
 
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın Montoneqroda milyardlarla investisiyalarının olduğunu bildirdi: “Həmin investisiyaların hansı formada qoyulduğunu yeni gələn hökumət sorğulaya bilər. Ən azından proseduraların pozulması, problemlərin yaranması məsələsini qaldıra bilər. Düşünmürəm ki, yeni hökumət bu investisiyalardan imtina edəcək, yaxud bunlara qarşı çıxacaq. Hansı hökumətlərin olmasından asılı olmayaraq, hər bir hökumət öz ölkələrində investisiyaların artmasında maraqlı olur. Bu baxımdan, hesab edirəm ki, Montoneqro hökuməti gələcəkdə investisiyaların artmasında, bu istiqamətdə əlaqələrin genişlənməsində maraqlı olacaq. Ona görə Azərbaycanın yatırdığı investisiyalara problem yaranacağını zənn etmirəm. Amma belə hallar yarananda adətən yeni hökumət köhnə hökumətin gördüyü işləri təftiş etməyə başlayır. Həmin bu təftiş nəticəsində investisiyaların qanunauyğun olub-olmaması məsələsi qaldırıla bilər. Azərbaycanla bağlı problemlər o kontekstdə yaşana bilər. Orada kurort şəhərinin özəlləşdirilməsi ilə bağlı problemlər yaranmışdı. Yeni hökumət bunun qanuna uyğun  olub-olmaması ilə bağlı məsələni qaldıra bilər. Amma unutmaq olmaz ki, yeni hökumətlərin hakimiyyətə gəlməsi investisiyalara zərbə vurmur, əksinə, yeni hökumətlər daha çox investisiyaların ölkəyə cəlb olunmasını, iş yerlərinin artırılmasını istəyir. Ona görə Azərbaycanla bağlı böyük problemlərin yaşanacağını düşünmürəm. Özəlləşmə ilə bağlı hər hansı problemlər olubsa, bu məsələlərin araşdırılması, sadəcə, gündəmə gələ bilər. Bütün ölkələrin investisiyalara ehtiyacı var. Çernoqoriya kimi hökumətin də digər dövlətlərdən gələn investisiyalara böyük ehtiyacı var. Ölkələrin böyük və kiçikliyindən asılı olmayaraq, buna daim ehtiyac duyulur.”
Image result for Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu hesab edir ki, seçkilərdə müxalifətin qazandığı nəticə Monteneqronun dövlət siyasətini dəyişə bilməz: “90-ci illərdə bir sıra ölkələr Yuqoslaviyadan  ayrıldılar. Böyük müharibələr də oldu. Yeganə Montoneqro idi ki, Yuqoslaviyanın tərkibində qaldı. Hətta Yuqoslaviya dağıldıqdan sonra iki ölkə-Serbiya və Çernoqoriya(Montoneqro)  bu birliyinin tərkib hissəsi kimi qaldılar. Amma illər keçəndən sonra Montoneqronun özü Yuqoslaviyadan ayrılmaq istədi. Serbiya bunu istəməsə də, əleyhinə addım ata bilmədi. Müəyyən müddət bu ölkələr arasında münasibətlər normal qaldı. Bir müddət sonra Montoneqroda  hakimiyyətə gələn qüvvələr-indi də parlament seçkilərində onlar qələbə qazanıblar-bildirdilər ki, bizim yolumuz Avropadır.
Serbiyada da bu proseslər başladı. Vaxtilə NATO Belqradı bombalasa da, Serbiya da Avropa Birliyinin üzvü olmaq istəyir. Montoneqroda  ruslara qarşı olan sanksiyaların aradan qaldırılmasını tələb edən qüvvələr əslində seçkilərdə qələbə qazanmadılar. Sadəcə, parlamentdə müəyyən yerlər qazandılar. Bu baxımdan, hesab etmirəm ki, bu qüvvələr ölkənin siyasətini dəyişsinlər. Müxalifətdən Rusiya ilə bağlı səslənən tələblər Montoneqronun səlahiyyətinə aid məsələ deyil. Sizləri əmin edirəm ki, bu müxalif qüvvələr seçkilərdə qalib gəlsəydilər, üzlərini Avropadan Rusiyaya qarşı çevirməzdilər.
Serbiyanı misal çəkək.  Hakimiyyətə gələn qüvvələr dedilər ki, Rusiya ilə əlaqələri daha da möhkəmləndirək, ruslarla qardaşıq. Hətta Rusiyaya mütəmadi olaraq səfərlər də etdilər. Amma bir sözü də dedilər ki, bizim yolumuz Avropadır. Montoneqroda da hansı qüvvə hakimiyyətə gəlsə, Avropaya inteqrasiyadan üz döndərməyəcək. Montoneqro Rusiyaya qarşı sanksiya etməyib ki, üzr də istəsin. Sadəcə, Avropa Birliyinə üzv olmaq istəyən Montoneqro hökumətindən tələb oluna  bilər ki, ittifaqın Rusiyaya qarşı sanksiya qərarına qoşulsun. Bunlar da sonrakı proseslərdir. Açığı, Montoneqro müxalifəti siyasi alverdən də istifadə edir. Daha çox tərəfdar toplamağa çalışır. Həmin qüvvələrin Rusiya ilə sıx münasibətlərinin olduğu istisna deyil. Seçkilərdən öncə Rusiyadan Montoneqro müxalifətinə bəzi dairələr tərəfindən açıq dəstək olurdu. Dövlətin daxili işlərinə qarışırdılar. Amma bunlar nəticəsiz qaldı, çünki müxalifət hakimiyyətə gələ bilmədi”.
Previous Post

Azərbaycanın milyardlarla investisiya yatırdığı ölkə çalxalanır

Next Post

Artur Rəsi-Zadənin kabineti açıqdır, özü isə susur…

Bənzər yazılar

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az xəbər verir ki, qəza rayonun...

Next Post

Artur Rəsi-Zadənin kabineti açıqdır, özü isə susur...

Artur Rəsi-Zadənin kabineti açıqdır, özü isə susur...

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.