"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda misli görünməmiş dələduzluq…

17 Oktyabr 2016 - 10:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Azərbaycanda misli görünməmiş dələduzluq...Ölkə boyunca 5 min insanı aldadaraq, təhdid edərək pulunu alan şəxslər məhkəmə qarşısında; “Məni övladlarımla hədələdilər, 30 mini ödədim…”

Bakıda və bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu cinayət işinə görə təqsirləndirilən şəxslərin sayı çox olduğu kimi, zərərçəkmişlərin də sayı çoxdur. 
Cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37, zərərçəkmiş şəxslərin sayı isə  4968 nəfərdir. Bu məhkəmə prosesi Azərbaycanda zərərçəkmişlərin sayına görə ən izdihamlı məhkəmə prosesi olaraq yadda qalıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən növbəti məhkəmə prosesi təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib. 
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslər “Azər Mühafizə” MMC, “General” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləridirlər. Təqsirləndirilən 37 nəfərdən 22-si dəmir barmaqlıqlar arxasına əyləşib. 15 nəfəri isə ev dustaqlığındadır. Həbsdə olan şəxslərdən biri qadındır.
Məhkəmə prosesində ifadəsi dinlənilən şəxslərdən biri Mübariz Sadıqov olub. Hazırda ev dustaqlığında olan M.Sadıqov istintaq materiallarında “Qala BTX” MMC-nin Gəncə filialında müavin vəzifəsində çalışması ilə bağlı qeyd edilənlərin doğru olmadığını deyib: “Mən bunu istintaqa ifadəmdə də bildirmişəm. Mən işə götürüləndə dedilər ki, mətbuatla əlaqəli işlərə baxacam. Sonradan isə başqa cür oldu. Növbədə olan postları yoxlayırdım. Axşamlar gedib postlardakı vəziyyəti nəzarətdə saxlayırdım”.
M.Sadıqov işə götürülən şəxslərin heç birindən pul almadığını da ifadəsində qeyd edib: “Biz pul yığmırdıq. İşə götürülmək üçün tələb olunan depozitlər bizə yox, Bakıda baş idarəyə verilirdi”.
Digər ifadə verən şəxs isə hazırda dəmir barmaqlıqlar arxasında olan Şahin Quliyev olub. O, “Qala BTX” MMC-nin Tovuz regional nümayəndəliyinin rəisi vəzifəsində çalışıb.
Ş.Quliyev sərbəst ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və həmçinin özünün də zərərçəkmiş şəxs olduğunu qeyd edib.
2014-cü ildə 5 min manat depozit qoymaqla “Qala BTX” MMC-də işə düzələn Ş.Quliyev 1 il ərzində 8 min manat maaş aldığını da ifadəsinə əlavə edib: “İşə düzələrkən MMC-nin Bakıdakı baş ofisinə getdim. Sənədləri təqdim etdim. Ümumilikdə 5 min manat depozit qoymuşam. Əvvəlcə MMC-nin baş ofisində işlədim. Sonra da Tovuz regional nümayəndəliyinin rəisi təyin olundum. Çalışdığım müddət ərzində polis idarələrindən, dövlət qurumlarında gördüyümüz işlərə görə təşəkkür məktubları almışıq. Müxtəlif tədbirlərdə, nazirlər gələndə belə bəzən təhlükəsizliyi biz təmin etmişik. Mən işə düzələndə bu işin dövlət təminatlı olub-olmadığını da araşdırdım. Mənə Daxili İşlər Nazirliyindən alınmış lisenziyanı və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmə ilə bağlı sənədləri təqdim etdilər. Mənim də güvənim tam oldu”.
 
Ş.Quliyev onu da deyib ki, MMC-nin lisenziyası hər dəfə yenilənəndə bu barədə sənədləri MTN (artıq ləğv edilib) və polis idarələrinə təqdim ediblər.
Ş.Quliyev yalnız öz qohumlarını işə düzəltdiyini və bunun üçün də depozit qoyduğunu deyib: “Mən işə adam götürmürdüm. İş üçün hər kəs Bakıdakı baş ofisə müraciət edir, Vüqar Hüseynovla görüşürdülər. Bu işdə mən də mülki zərərçəkmişəm. Çünki son aylarda maaş almamışam. Şikayətçilərin yazdığı Quran ayəsi deyil. Mənim 3 balam çöldə qalıb. Özümü də zindanda çürüdürlər.
Mən öz qohumlarımı işə düzəltmişəm. Yoldaşımı, bacanağımı, qaynımı, onların uşaqlarını və bəzi qohumlarımı işə düzəltmək üçün depozit qoymuşam. Ümumilikdə bizim rayon üzrə işə düzəlmək üçün 392 min manat depozit qoyulub. Qoyulan depozitlərin 300 minə yaxını maaş olaraq işçilərə qaytarılıb”.
Ş.Quliyev bu işlə bağlı həbslər başlayarkən ona rəhbərlikdən göstəriş gəldiyini deyib. Rəhbərlik Ş.Quliyevdən onun rəhbərlik etdiyi bölgə üzrə olan 30 min manatlıq dəymiş zərərin vətəndaşlara ödənilməsini tələb edib.
 
O, uşaqlarının taleyindən qorxduğu və həbs edilməməsi üçün bu təkliflə razılaşdığını deyib: “Məni övladlarımla hədələdilər. 30 min manatı ödədim. Dedilər ki, həbs edilməyəcəksən”.
Hakim təqsirləndirilən şəxsə sualında qeyd edib ki, istintaq zamanı 71 nəfər ondan şikayətçi olduğunu deyib. Ş.Quliyev isə qeyd edib ki, zərərçəkmişlər istintaq ifadələrində dəymiş zərəri həddən artıq şişirdiblər.
 
Məhkəmə zamanı o da məlum olub ki, adı çəkilən şirkətlərdə işçilərdən forma üçün də əlavə pul yığılıb. Yay forması 34 manata, qış forması isə 65 manata satılıb. Həmçinin işə götürülən şəxslərdən təlimlərdə iştirak adı ilə də ödənişlər tələb olunub.
Qeyd edək ki, rəsmi məlumatda bildirilir ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri – Mirabutalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqaları 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar.
Digər həbsdə olan şəxslər Nəzakət Aşurbəyova, Qorxmaz Mehdiyev, Fariz balayev, Elşən Uzunağov, Şahin Yolçuyev, Fərman Muradov, Elxan İsmayılov, Sənan Qasımov, Sərdar Seyidov, Xaliq Qasımov, Orxan Vəlizadə, Emin Əzizov, Şahin Quliyev, Cəlal Mikayılov, İlham Babayev, Tağı Məmmədov, Məmməd Həsənov və Cəfər Məlikovdur. Onlar adı çəkilən şirkətlərin müxtəlif filiallarının rəisləri, rəis müavinləri kimi vəzifələrdə çalışıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Previous Post

Azərbaycanda misli görünməmiş dələduzluq…

Next Post

Türkiyə aktivləşdi: Qarabağın həlli sürətlənir

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Türkiyə aktivləşdi: Qarabağın həlli sürətlənir

Türkiyə aktivləşdi: Qarabağın həlli sürətlənir

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.