"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Azərbaycanda ev tikintisi ilə bağlı VACİB QƏRAR

01 Mart 2015 - 22:38
in SOSİAL
FacebookVatsap

Azərbaycanda ev tikintisi ilə bağlı VACİB QƏRAR“Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nı təsdiq edilib

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Nazirlər Kabineti Azərbaycanda “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nı təsdiq edib.Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarla aşağıdakı qaydalar müəyyən edilir:

 

Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı

QAYDALARI

1. Ümumi müddəalar

 

1 .1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı üzrə ümumi tələbləri müəyyən edir.

1.2. Bu Qaydalara bina və qurğuların layihələndirilməsi zamanı mülkiyyət formasından asılı olmayaraq, bütün subyektlər tərəfindən riayət olunmalıdır.

1.3. Bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur.

 

2. Əsas müddəalar

 

2.1. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı, obyektin təyinatına uyğun olaraq istismar olunması üçün kifayət etməli və onun istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir.

2.2. Bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı sistemi, obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrindən və qurğularından ibarətdir.

2.3. Bina və ya qurğunun layihə sənədlərində aşağıdakılar nəzərdə tutulmalıdır:

2.3.1. bina və ya qurğunun təhlükəsizlik qaydalarına uyğun istismar olunmasının təmin edilməsi;

2.3.2. mühəndis-kommunikasiya təminatı sistemlərinə düşən və obyektin təyinatına uyğun istismar edilməsi üçün yetərli olan istismar yüklərinin göstəriciləri barədə məlumatlar;

2.3.3. zədələnməsi  nəticəsində dövlət və bələdiyyə mülkiyyəti, hüquqi və ya fiziki şəxslərin əmlakı və ya ətraf mühit üçün təhlükə yarada biləcək üstüörtülü elektrik xətlərinin, boru kəmərlərinin və digər qurğuların yerləri barədə məlumatlar.

2.4. Layihə sənədlərində bina və ya qurğuda qəza halları baş verən zaman  su, qaz və elektrik verilişini  dayandıran texniki vasitələr nəzərdə tutulmalıdır.

2.5. Bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrində yerləşən otaqlar təbii və süni işıqlandırma ilə, yeraltı mərtəbələr isə insan sağlamlığına ziyan vurmaması üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır.

2.6. Texnoloji proseslərin tələblərinə görə təbii işıqlandırmanın təmin edilməsi mümkün olmayan bina və qurğuların yerüstü mərtəbələri insanların sağlamlığına ziyan vurmayan miqdarda süni işıqlandırma ilə təmin olunmalıdır.

2.7. Layihə sənədlərində bina və qurğunun girişlərinin işıqlandırılması üçün işıqlandırıcı vasitələr nəzərdə tutulmalıdır.

2.8. Mühəndis-kommunikasiya təminatı sistemlərinin elementlərindən insanların yanıq zədələri almaması üçün layihə sənədlərində aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır:

2.8.1. isidici cihazların, isti su və istilikverici boru kəmərlərinin səthinin əlçatan hissələrinin temperaturunun məhdudlaşdırılması və ya insanların bu hissələrə toxunmasının qarşısını alan maneənin quraşdırılması;

2.8.2. hava ilə isitmə sistemi cihazlarından çıxan isti havanın temperaturunun məhdudlaşdırılması.

2.9. Bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almasının qarşısının alınması məqsədi ilə layihə sənədlərində bir sıra tədbirlər nəzərdə tutulmalıdır, o cümlədən:

2.9.1. isitmə və isti su təchizatı sistemlərində, qazişlədən avadanlıqlarda, tüstü bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri nəql edən boru kəmərlərində təhlükəsizlik qaydalarına riayət olunması;

2.9.2. istilik generatorlarının və maye qaz qurğularında təhlükəsizlik qaydalarına riayət olunması;

2.9.3. isti su təchizatı və isitmə sistemlərində təzyiqin və temperaturun tənzimlənməsi.

2.10. Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

2.11. Mühəndis-kommunikasiya təminatı sistemlərinin parametrləri və digər xarakteristikaları bina və ya qurğuların istismar olunduğu zaman layihə sənədlərinin tələblərinə uyğun olmalıdır.

 

3. İctimai, inzibati və məişət binaları

 

3.1. İctimai, inzibati və məişət binalarında mühəndis-kommunikasiya təminatı sistemləri layihə tapşırığının tələblərinə uyğun olmalıdır.

3.2. İctimai binalarda qaz təchizatı sistemləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq layihələndirilməlidir.

3.3. Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz cihazlarının quraşdırılması qadağandır.

3.4. Məktəb binalarında havaisitmə sistemi ventilyasiya  sistemi ilə birləşdirilmiş şəkildə layihələndirildikdə, sistemlərin avtomatik idarə olunması nəzərdə tutulmalıdır.

3.5. Tədris otaqlarının isitmə sistemlərində havanın resirkulyasi-yasına ancaq qeyri-iş vaxtlarında yol verilir.

 

 

4. Çoxmənzilli yaşayış binaları

 

4.1. Çoxmənzilli yaşayış binalarında təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, havalandırma, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, avtomatik yanğın siqnalizasiyası, xəbərverici, təxliyənin təşkil edilməsi və  layihə tapşırığında göstərilən digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.

4.2. Hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları  qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir.

4.3. Damda yerləşən qazanxanaların yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə (yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz) və ya yaşayış sahələri ilə yanaşı (hündürlüyü fərqli olan binalarda) yerləşdirilməsinə yol verilmir.

4.4. Binanın damından yağış sularının kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq həll olunmalıdır.

 

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci hissəsinə uyğun olaraq edilə bilər.

Previous Post

Azərbaycanda ev tikintisi ilə bağlı VACİB QƏRAR

Next Post

Sarkisyanın iki ay vaxtı var

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post

Sarkisyanın iki ay vaxtı var

"Amasya Universiteti"ndə çıxış edən Azərbaycan vətəndaşlarının adına 5 ağac əkildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12
Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron qəbul başa çatıb

03 Sentyabr 2026 - 19:13
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

03 Sentyabr 2026 - 18:55
Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.