"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Azərbaycana 3 ayda yarım milyon turist gəlib

15 Aprel 2017 - 15:16
in SOSİAL
FacebookVatsap

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Qurumun mətbuat xidmətindən  verilən xəbərə görə, xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə əldə olunan nailiyyətlərdən bəhs edib. F.Nəbiyev vurğulayıb ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2017-ci ilin I rübü ümumiyyətlə respublikamız üçün iqtisadi inkişaf üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlik baxımından uğurlu olub. Hesabat müşavirəsində bir sıra beynəlxalq tədbirlərə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi və bu ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, eləcə də “2017 Formula 1” Azərbaycan Qran-Pri yarışı və digər mötəbər layihələrlə bağlı ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza sərbəst gəlməsinin və getməsinin təşkili, miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlər qeyd olunub və qarşıda duran vəzifələr təhlil edilib.

Xidmət rəisi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş fəaliyyətə toxunub. Bildirib ki, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə ildən-ilə əldə edilən yüksək nəticələr Azərbaycanın qüdrətini daha da artırmaqdadır. Sözsüz ki, bu uğurların əsasında uzaqgörənliklə düşünülmüş və uğurla reallaşdırılan dövlət siyasəti dayanır.

Miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının kifayət qədər artmasına səbəb olub. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2017-ci ilin I rübü ərzində 399.429 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 557.628 girişi və 398.295 nəfər olmaqla ölkə ərazisindən 557.461 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. Rüb ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 22.164 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

F.Nəbiyev Xidmətin əldə etdiyi nailiyyətlərin Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsində mümkün olduğunu vurğulayıb.

Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. F.Nəbiyev bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini ciddi tələbkarlıq şəraitində, günün tələbləri səviyyəsində qurmalı, dövlət başçısının göstərdyi etimadı doğrultmalıdır. Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəyə yekun vuran Xidmət rəisi əminlik ifadə edib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək kimi vəzifə və tapşırıqları bundan sonra da müvəffəqiyyətlə yerinə yetirəcək.

Previous Post

Azərbaycana 3 ayda yarım milyon turist gəlib

Next Post

Şərqi Azərbaycanda fəlakət – 36 ölü (Yenilənib)

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Şərqi Azərbaycanda fəlakət - 36 ölü (Yenilənib)

Şərqi Azərbaycanda fəlakət - 36 ölü (Yenilənib)

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.