"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişmə

11 İyul 2015 - 09:52
in SİYASƏT
FacebookVatsap

Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişmə

Bunu da oxuyun

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusu alması xarici siyasi oriyentasiyasında ciddi dəyişiklik demək olacaq; Qərblə münasibətlərin indiki gərgin vaxtında Rusiya və Çinin yanında yer almaq cəhdi nəyə hesablanıb?

Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar. Bunu Rusiya prezidenti Vladimir Putin ŞƏT dövlət başçıları şurasının Ufada keçirilən geniştərkibli iclasında deyib. Putin deyib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar.

 
Azərbaycanın ŞƏT-də  müşahidəçi statusu almaq üçün bu ilin fevralında müraciət etdiyi məlum idi. Azərbaycandan başqa, Suriya, Belarus, Ermənistan və Banqladeşin də müşahidəçi statusu almaq üçün müraciət etdiyi faktdır. 
Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu veriləcəyi barədə bu ilin aprel ayında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlama vermişdi. Rusiya Federasiyası prezidentinin müşaviri, ŞƏT  nümayəndəliyinin hazırlanması və təmini üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov isə deyib ki, təşkilata daxil olmaq üzrə dəqiq qaydaların olduğu 28 sənəd var. ŞƏT-ə daxil olmazdan əvvəl onlara riayət etmək lazımdır.
İyulun 10-da Ufada  ŞƏT, BRİCS  Sölkələrinin və Avrasiya İttifaqının birgə sammiti başlayıb. Sammitdə  çıxış edən Serj Sərkisyan ölkəsinin Fars körfəzi vasitəsilə Hind okeanına çıxmaq niyyətindən danışıb. ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti sammitdə təmsil edilən böyük dövlətləri Ermənistan – İran dəmir yolunun çəkilişini maliyyələşdirməyə çağırıb: “Artıq texniki – iqtisadi əsaslar hazırlanıb, layihə özəl və dövlət əməkdaşlığı üçün açıqdır. Ümid edirəm ki, burada təmsil olunan ölkələrin şirkətləri layihəyə maraq göstərəcək” deyə, erməni prezident müraciət edib. Erməni prezident bu dəmir yolu vasitəsilə Avrasiya İttifaqının Hind okeanına çıxacağını iddia edib. Amma sammit iştirakçıları Serj Sərkisyanın bu təklifinə heç bir reaksiya verməyiblər.
 
Ekspertlərə görə, bu iddia gülünc görünür, çünki iqtisadiyyatı dalana dirənmiş Ermənistanın isti dənizlərə çıxmaq xülyasına görə heç kim çoxmilyardlıq layihəyə pul xərcləməz.
Erməni iqtisadçılar Serj Sərkisyanın ŞƏT-ə daxil olmaq niyyətinin arxasında Çindən sərmayələr cəlb etmək istəyinin durduğunu vurğulayırlar. Yəni məqsəd aydındır – Çin biznesmenləri Ermənistandakı işsiz kütlədən istifadə edərək İrəvanda, Gümrüdə, Vanadzorda “kiçik çinlər” qura bilərlər. 
Amma Çinin də sərmayə qoyuluşu ilə bağlı öz siyasəti var. 2013-cü ilin sentyabr ayında Pekində Ermənistan baş naziri Tiqran Sarkisyanla görüşmüş Çinin baş naziri Li Kesian sərmayə qoyuluşlarında məqsədlərinin ölkəsinin istehlak bazarının artan tələbatını ödəmək olduğunu vurğulayıb. Yəni Ermənistandakı sərmayə qoyuluşları Çin bazarını ucuz istehlak malları ilə təmin etməyə xidmət etməlidir ki, erməni iqtisadçılar bunu mümkünsüz sayırlar.
Azərbaycanın ŞƏT-də  müşahidəçi statusu alması ölkənin xarici siyasi oriyentasiyasında ciddi dəyişiklik demək olacaq.   Bu barədə axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri Azərbaycanın proqrama Dağlıq Qarabağ və bir sıra iqtisadi məsələləri nəzərdə tutaraq müşahidəçi statusu almaq üçün müraciət etdiyini deyib:   “Azərbaycan bu addımla Qərbdən imtina etmədiyini, ancaq yeni bir xəttə – Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqla bilavasitə buraya üstünlük verdiyini nümayiş etdirir. Bu təşkilatın ardınca isə Çinin rəhbərliyi altında olan yeni maliyyə sistemi qurumuna – BRİCS-ə qoşula bilər. Belə görünür ki, Moskva Qərbə alternativ qurumların formalaşmasında xeyli fəaldır. Ancaq Azərbaycan Dağlıq Qarabağ məsələsini və bir sıra iqtisadi amilləri nəzərdə tutaraq proqrama qoşulub.
Çox güman ki, qarşıda duran əsas məsələ Dağlıq Qarabağ problemidir. Ən azından, yeddi rayonun işğaldan azad olunması məsələsinin aktivləşəcəyini güman etmək olar. Azərbaycanın bu qurumla əməkdaşlığı Rusiyaya doğru atılan böyük bir addımdır. Qarşı tərəfdən də Azərbaycana doğru eyni addımın atılmasını gözləmək mümkündür. Bu da Azərbaycan üçün həyati əhəmiyyəti malik Qarabağ problemində statsus-kvonun dəyişilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması məsələsidir”.
Moskva və Pekinin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının təməli 1996-cı ildə qoyulub. Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında sərhəd təhlükəsizliyinin təmin olunması və birgə əməkdaşlıq məqsədilə yaradılan təşkilat 2001-ci ildə qədər “Şanxay beşliyi” kimi tanınırdı. Həmin il Özbəkistanın da təşkilata üzv qəbul olunması ilə “Şanxay beşliyi” adı tarixə qovuşdu.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təşkilatlanmış  bir sistemə sahib olaraq beynəlxalq münasibətlər sistemində müəyyən nüfuz qazanmış təşkilata çevrildi. Hazırda təşkilatın üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstana müşahidəçi statusu, Belarus, Şri-Lanka və Türkiyəyə isə dialoq üzrə tərəfdaş statusu verilib.
Ufa sammitində Asiyanın iki nəhəng dövləti İran və Pakistanın ŞƏT-ə qoşulması ilə bağlı prosedurun başlanacağı planlaşdırılırdı. Amma ŞƏT-in tədbirində iştirak edən İran prezidenti Həsən Ruhani Ufanı tədbirin bitməsindən  bir neçə saat əvvəl tərk edib. Məlum olub ki, İran hələ də əvvəlki statusunda qalır. Ruhaninin tədbiri yarımçıq tərk etməsi ilə bağlı iddiaları isə Kremlin mətbuat katibi Dmitriy Peskov təkzib edib. Məlumatlara görə, İranın ŞƏT-ə  üzvlüyü məsələsinin bu ölkəyə Qərbin iqtisadi sanksiyalarının ləğvindən sonra baxılacağı daha məqsədəuyğun hesab edilir. 
Təşkilatın ən fəal və əhəmiyyətli fəaliyyətləri iqtisadi sahədədir. Ortaq layihələrin maliyyələşdirilməsi üçün  ŞƏT ortaq “İnterbank” da yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əhatə etdiyi 37 milyon kilometr məsafə ümumilikdə Avrasiya regionunun 74 faizini təşkil edir. Təşkilata üzv ölkələrin əhali sayı 2,7 milyard nəfər təşkil edir ki, bu da dünya əhalisinin 40 faizi deməkdir.  Qərbin iqtisadi sanksiyalarından sonra Rusiya    Çinlə iqtisadi sahədə əlaqələrini daha da genişləndirib.
Şanxay Əməkdaşlıq Təşkilatına liderlik edən Rusiya və Çin sözdə təmsil etdikləri qurumun Qərbə qarşı yönəlmiş bir təşkilat olmadığını bildirsələr də, lakin Moskva və Pekinin əməllərində bu özünü büruzə vermir. Xüsusilə təşkilatın hərbi qüvvələrinin yaradılması bunu deməyə əsas verir. ŞƏT-in  bir neçə  ortaq hərbi təlimləri də olub. ABŞ bir neçə dəfə açıq şəkildə ŞƏT-in anti-Amerika mövqeyindən narahat olduğunu bəyan edib. Məşhur amerikalı ekspert Ariel Koen ŞƏT ilk qurulanda Vaşinqton rəsmilərinin buna  əhəmiyyət vermədiklərini, ancaq təşkilatın inkişafı onların bu düşüncələrinin səhv olduğunu göstərdiyini deyib. 

 

Previous Post

Azərbaycan üzünü Asiyaya çevirir –gözlənilən gəlişmə

Next Post

Kamal Kılıçdaroğlu: koalisiya hökuməti 4 illik qurulmalıdır

Bənzər yazılar

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı Qərbi Azərbaycan Tv-də professor, filologoya elmlər doktoru Mahirə Nağıqızının müəllif olduğu “Ziyalı”...

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Next Post

Kamal Kılıçdaroğlu: koalisiya hökuməti 4 illik qurulmalıdır

Kamal Kılıçdaroğlu: koalisiya hökuməti 4 illik qurulmalıdır

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.