"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

“Azərbaycan–Türkiyə münasibətləri bütün dünyaya nümunədir “

13 Sentyabr 2014 - 15:11
in FLƏŞ, MÖVQE
FacebookVatsap
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyə Prezidenti Rəcəb Tayyib img1634299Ərdoğanın ölkəmizə səfərinin nəticələri ilə bağlı AzərTAc-a müsahibə verib.
Elchi.az  həmin müsahibəni təqdim edir:
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfirinin nəticələri barədə nə deyə bilərsiniz?
-Azərbaycan-Türkiyə münasibətlərindən söhbət gedirsə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlamamaq mümkün deyil. Səfərin siyasi əhəmiyyəti və ümumi nəticələri təkcə qardaş ölkələrimiz üçün yox, regionda sülh və sabitliyin bərqərar olunması, inkişaf və tərəqqinin daha müasir modellərdə vüsət alması baxımından əhəmiyyət daşıyır.
Ümumiyyətlə, Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan inkişaf modeli kimi bütün dünyaya nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi təqdirdə Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək” fikri Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının açılması mövzusunda möhtəkirlik edənlərə birdəfəlik cavab oldu. Ən əsası odur ki, prezidentlərimiz bir daha bütün dünyaya bəyan etdilər ki, Azərbaycan və Türkiyə üçün heç bir məsələdə fikir ayrılığı yoxdur.
Bu tarixi fikrin ilkin nəticəsi səfərin ardınca NATO-nun Uelsdə keçirilmiş sammitində özünü göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında Alyansın Azərbaycana verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin böyük önəm daşıdığını vurğulaması bir daha bütün dünyaya nümayiş etdirdi ki, biz sevincimizi və kədərimizi bərabər bölüşən qardaş xalqlar və ölkələrik.
Sammitin bəyannaməsinin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin, o cümlədən Azərbaycanın kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyi bildirilir. Bu, Azərbaycanın xarici siyasətinin uğuru, Azərbaycan-Türkiyə müttəfiqliyinin nəticəsidir. Bu ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışında Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verib. Dövlətimizin başçısının Türkiyə və Azərbaycanda böyük coşqu ilə qarşılanan “Türkiyə yoxdursa, mən burada varam” ifadəsi dünyanın siyasi tarixində özünə əbədi yer tapıb.
-Qardaş ölkələrimiz arasında gələcək fəaliyyət strategiyasının qurulması barədə nə deyə bilərsiniz?
-Bəhs etdiyimiz səfərdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri barədə səslənən fikirlər xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirdi ki, yaxın 5-6 ildə Azərbaycan tərəfi Türkiyəyə təxminən 17-20 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində qardaş ölkənin “Şahdəniz”dəki və TANAP layihəsindəki payı kifayət qədər artırılıb. Yaxın günlərdə TANAP-ın təməlinin qoyulması Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Bəyanatlarda səsləndirildiyi kimi, Türkiyədən Avropaya keçəcək bu enerji xətti çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Bundan başqa, İzmirdə “Star” neftayırma zavodunun tikilməsi Azərbaycan və Türkiyə arasında həyata keçirilən ən böyük iqtisadi layihələrdəndir. Ümumi dəyəri 5 milyard ABŞ dollarından çox olan bu layihə əsasında yaradılan müəssisə Şərqi Avropada ən böyük neft və kimya kompleksi olacaq. “Star” həm yatırılan sərmayənin həcminə, müvəqqəti və daimi iş yerlərinin sayının çoxluğuna, həm də zəruri neft və kimya məhsullarının istehsalına görə nadir müəssisədir. Azərbaycanın təşəbbüsü ilə yaradılan və Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi daşımalar sistemində yeni mərhələnin başlanğıcı olacaq.
Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildə ticarət dövriyyəsi 1,99 milyard ABŞ dolları məbləğində olub. Türkiyənin Azərbaycanda əsas kapitala yatırdığı sərmayə 2,6 milyard dollar təşkil edib. Bu, ölkəmizdəki xarici sərmayənin 6,5 faizini təşkil etməklə beşinci yerə sahib olmaqdır. Xarici sərmayədar tərəf kimi qeyri-neft sektorunda 25,5 faiz payla Türkiyə birinci yerdədir və investisiya məbləği 1,9 milyard dollar civarındadır. Azərbaycanın Türkiyədəki sərmayəsi 5 milyard dollara yaxınlaşıb.
– Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfiri ərəfəsində ciddi bir informasiya təxribatı ilə üzləşdik. Bu təxribatın haradan qaynaqlandığını müəyyənləşdirə bildinizmi?
– Dostluq və qardaşlıq nə qədər möhkəm olursa ona qarşı qüvvələr də fəallaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində hər iki ölkənin aidiyyəti üzrə rəsmi şəxsləri bu dezinformasiyanın yaratdığı qeyri-sağlam mənzərəni aradan qaldırmaqla məşğul oldular. Araşdırmalar göstərir ki, qeyd etdiyimiz dezinformasiya heç bir fəaliyyəti olmayan, daim su bulandırmaqla özlərini gündəmdə saxlayan qüvvələr tərəfindən ortaya atılmışdı. Belə təxribatlar yenə də ola bilər. Sirr deyil ki, təcavüzkar Ermənistan, dünya erməniləri və Türkiyəni gözü götürməyən xarici qüvvələr uydurma “erməni soyqırımı”nın yüz illiyi ilə bağlı ciddi təxribatlar hazırlayırlar. Əminəm ki, qardaş Türkiyə ilə Azərbaycan bu təxribatların da qarşısını birgə səylərlə alacaqlar.

 

Bunu da oxuyun

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Tags: SAVAŞ
Previous Post

“Azərbaycan–Türkiyə münasibətləri bütün dünyaya nümunədir “

Next Post

Qətərdə türk bazarı

Bənzər yazılar

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

23 İyul 2026 - 11:27

Lavrov Rubioya Ukraynaya silah göndərilməsinin qəbuledilməzliyi barədə xəbərdarlıq etdi. Elchi.az xəbər verir ki, Lavrov Rubioya təmas xəttindəki real vəziyyət barədə...

Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zelenski Uitkoff və Kuşnerlə danışdı

23 İyul 2026 - 10:36

Ukrayna Prezidenti Volodimir Zelenski Stiv Vitkoff və Cared Kuşnerlə telefonla danışdığını açıqladı. Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial media...

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

21 İyul 2026 - 11:26

Zaxarova İtaliya xarici işlər nazirinin diplomatların qovulması ilə bağlı açıqlamalarındakı yalanları qeyd etdi. Elchi.az xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio...

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

21 İyul 2026 - 10:14

İrandan atılan raketləri və dronları ələ keçirmək üçün Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilib. Elchi.az xəbər verir...

Next Post

Qətərdə türk bazarı

Qətərdə türk bazarı

Son xəbərlər

Sabah 38 dərəcə isti olacaq

Sabahın hava proqnozu

23 İyul 2026 - 12:23
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

23 İyul 2026 - 12:10
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

23 İyul 2026 - 11:54
İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

23 İyul 2026 - 11:41
Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

23 İyul 2026 - 11:27
Pensiyalar artımla ödənildi

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

23 İyul 2026 - 11:19
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

23 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

23 İyul 2026 - 11:03
Pakistanda leysan yağışlardan sonra ölənlərin sayı 37-yə çatıb

Pakistanda leysan yağışlardan sonra ölənlərin sayı 37-yə çatıb

23 İyul 2026 - 10:50
ABŞ İrana qarşı 12-ci hücum dalğasını elan etdi

ABŞ İrana qarşı 12-ci hücum dalğasını elan etdi

23 İyul 2026 - 10:42
Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zelenski Uitkoff və Kuşnerlə danışdı

23 İyul 2026 - 10:36
Avropada həddindən artıq istilər quraqlığı daha da şiddətləndirir

Avropada həddindən artıq istilər quraqlığı daha da şiddətləndirir

23 İyul 2026 - 10:27
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

FHN üç xilasetmə əməliyyatı keçirdi

23 İyul 2026 - 10:18
Yaponiyada həddindən artıq istilər üçün yeni İxtira: İnsan soyuducusu

Yaponiyada həddindən artıq istilər üçün yeni İxtira: İnsan soyuducusu

23 İyul 2026 - 10:09
DİN skuter və velosiped sürücülərinə müraciət edib

DİN skuter və velosiped sürücülərinə müraciət edib

23 İyul 2026 - 10:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.