Azərbaycan infrastrukturun inkişafı, nəqliyyat marşrutlarının diversifikasiyası və rasional istifadəsində maraqlıdır.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat Sahəsinin İnkişafı şöbəsinin müdiri Vasif Əmiraslanov Azərbaycanda beynəlxalq avtomobil daşınmalarının perspektiv inkişafına həsr olunmuş konfransda bildirib. Qeyd edib ki, bu istiqamətdə ölkə normativ aktların inkişafında da maraqlıdır.
Vasif Əmiraslanov xatırladıb ki, Azərbaycan bir sıra nəqliyyat layihələrinin və dəhlizlərinin iştirakçısıdır.
Şöbə müdiri onu da əlavə edib ki, Azərbaycan tərəfi gömrük prosedurlarının və tarif siyasətinin sadələşdirilməsi istiqamətində öz səylərini əsirgəməyərək bu sahədə TRACECA-ya dəstək verəcək.
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...




















Son şərhlər