"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan oyun qaydalarını dəyişir”

17 Dekabr 2021 - 10:51
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Türkiyə Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzvülük barədə ciddi düşünməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edirik

Bunu da oxuyun

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

– Qüdrət bəy, Prezidentin Brüssel səfərinin nəticələrini necə qiymətləndirərdiniz?

– Çox müsbət qiymətləndirirəm. Prezident NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında bəyan etdi ki, Laçın dəhlizinin statusu nə olacaqsa Zəngəzur dəhlizinin də statusu eyni olacaq. Şarl Mişelin yaydığı bəyanata əsasən, razılaşma əldə olunub ki, Zəngəzurdan keçən dəmir yol xətti dövlətlərin suverenliyi, beynəlxalq miqyasda qəbul olunan sərhəd və gömrük nəzarəti qaydalarına uyğun olaraq açılsın. Belə olduğu təqdirdə, Ermənistanı Rusiya və İranla birləşdirən dəmir yolunun əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçdiyinə görə, Ermənistan Azərbaycana daha çox vəsait ödəyəcək. Avtomobil yolları ilə bağlı məsələ isə hələlik açıq qalır. Zəngəzur dəhlizindən, xüsusilə sərnişin avtomobillərinin sərbəst keçid olmayacaqsa, deməli Laçın dəhlizində də bu olmayacaq. Bilirsiniz, Rusiya istəsəydi bu problemlərin yaranmaması üçün 10 noyabr 2020-ci il bəyanatında göstərərdi ki, Laçın və Zəngəzur dəhlizlərinin hüquqi statusu eyni olacaq. Yaxud bəyanatdan sonra Ermənistanın daha konstruktiv davranması üçün ona təzyiq edərdi. Görünən odur ki, Qərb də öz uşağı olan Paşinyana konstruktiv olması üçün təzyiq göstərmək fikrində deyil. Bəyanatda fərqli ifadələrdən istifadə edilməsi Ermənistana manipulyasiyalar üçün yol açır. Bu da onu göstərir ki, motivlər fərqli olsa da Minsk qrupuna daxil olan dövlətlər “nə hərb, nə sülh” platformasından çıxış edirlər və verdikləri bəyanatların əksinə olaraq danışıqların tezliklə başa çatdırılıb sülh sazişi imzalanmasında maraqlı deyillər. 44 günlük savaşa qədər sərgilədikləri mövqe dəyişməyib. Sadəcə, çalışırlar ki, tərəflərə təsir imkanlarını saxlasınlar.

– Belə vəziyyətdə Azərbaycan nə etməlidir?

– Azərbaycan bunu nəzərə alıb oyun qaydalarını dəyişir və haqlı olaraq 2009-cu ildəkindən fərqli olaraq Türkiyənin Ermənistanla münasibətlərinin sağlamlaşdırılmasına etiraz etmədi. Dəmir yolunun açılması məsələsini avtomobil yolunun açılması məsələsinə bağlamadı və daha konstruktiv, həm də milli maraqlarımıza uyğun bir mövqe ortaya qoydu. Düşünürəm ki, Azərbaycan və Türkiyə Avrasiya və Gömrük İttifaqına üzv olmaları üçün müraciət etməli, viza rejimi Şengen sazişi kimi bir müqavilə imzalanması yolu ilə ardan aradan qaldırılmalıdır. Avrasiya İttifaqında Avropa Birliyində olduğu kimi sərhədsiz və gömrüksüz gediş-gəliş olmalıdır. Bu regionun çiçəklənməsinə və sülhə böyük tövhə verəcək, türk dövlətlərinin daha sıx əməkdaşlığına və qarşılıqlı inteqrasiyasına yol açacaqdır. O zaman ermənilərlə dəhliz mübarizəsinin də əhəmiyyəti itəcəkdir. Türkiyənin Avrasiya İttifaqına üzv olması “Rusiya SSRİ-ni bərpa etmək istəyir” kimi iddiaları da aradan qaldıracaqdır. Türkiyə özünü aldatmağa son qoymalı, heç vaxt qəbul olunmayacağı Avropa Birliyinə üzv olmaq iddiasından əl çəkməli, Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzvülük barədə ciddi düşünməlidir. Rusiya da səmimi olaraq SSRİ-nin bərpası barədə iddialara son qoyulması üçün bu istiqamətdə səy göstərməli, Türkiyəni Avrasiya İttifaqına dəvət etməlidir.

Xalqımız da bilməlidir ki, mentalitetimiz, ciddi qohumluq əlaqələrinə sadiqliyimiz, ənənələr, biznes və pul qazanmaq vərdişləri bizə təkbaşına, qısa zaman kəsiyində hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq rəqabətlilik prinsipinə söykənən azad bazar iqtisadiyyatı qurmağa imkan verməyəcək. Bunsuz isə yüksək yaşayış standartlarını ölkəmizdə təmin etmək xeyli problematik olacaqdır.

Previous Post

“Azərbaycan oyun qaydalarını dəyişir”

Next Post

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Bənzər yazılar

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00

NATO-nun Baş katibi Mark Rutte Niderlandın "NPO 1" telekanalının efirində çıxış edərkən Rusiya ilə münaqişənin nizamlanması çərçivəsində Ukraynanın ərazi məsələsində...

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Next Post
Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Azad edilmiş ərazilərə icazəsiz daxil olan 4 nəfər saxlanılıb

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.