"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Azərbaycan” Obamanı çox sərt tənqid etdi

04 Mart 2015 - 09:11
in SİYASƏT MANŞET
FacebookVatsap

Vaşinqton-Bakı münasibətləri yenidən gərginləşdi; “Washington Post”un məqaləsinə dövlət qəzeti sərt cavab verdi: img1758769“Əgər Obama dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə…”; Nulandın Bakı səfərindən sonra vəziyyətin yenidən “müharibə həddinə” gəlməsi iki sualı aktuallaşdırır; ABŞ səfiri niyə rayon səfərlırinə Qobustandan başlayır?

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Amerika ilə Azərbaycan hakimiyyəti arasında gərginlik yenidən artıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın fevralın 17-də Bakıya etdiyi səfərindən və rəsmi Bakı ilə mübahisəli məsələləri həll edəcək ortaq bir qurumun yaradılması barədə razılaşmalardan, 4 aylıq fasilədən sonra yeni səfirin fəaliyyətə başlaması ilə gərginliyin azalması gözlənilsə də, əks proseslər baş verməkdədir.

 
Belə ki, öncə Ağ Evə yaxın “Washington Post” qəzeti Azərbaycandakı vəziyyəti tənqid edən sərt məqalə dərc edib. “Azərbaycanda məhkəməsiz həbs olunmaq” adlanan məqalədə qeyd olunur ki, ölkə prezidenti “güclü despotizm əlamətləri” nümayiş etdirir, “azadlıqlar uğrunda danışan jurnalistlər, bloggerlər, hüquqşünaslar, insan haqları fəalları və digərləri qanunsuz olaraq həbsə atılır”. Məqalədə əsas tənqid hədəfi kimi məhz hakimiyyət başçısı seçilib. Diqqətçəkəndir ki, bu dəfə məqalə müəllif yazısı deyil, “Washington Post”un redaksiya məqaləsidir. 
Rəsmi Bakının bu məqaləyə reaksiyası da özünü çox gözlətməyib. Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” 3 mart sayında ABŞ prezidenti Barak Obamanı eyni sərtliklə tənqid edən məqalə dərc edib.   “ABŞ-da məhkəməsiz həbs olunmaq” sərlövhəli yazıda Obamanın “güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirdiyi” diqqətə gətirilir. “Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bu günə kimi ”terrorçuluqda” və ya “terrorçularla əlbir olmaqda” şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir. Üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların özləri də həbslərə məruz qalırlar” deyə, “Azərbaycan” qəzetinin birinci səhifəsində dərc etdiyi redaksiya məqaləsində deyilir.
 
“Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarını” sadalayan qəzet ABŞ prezidenti haqqında bunları yazır: “Öz ölkəsində insanların hüquqlarının belə kobud şəkildə pozulmasına göz yuman, üstəlik, onları ittiham hədəfinə çevirən bir dövlət başçısı dünyada demokratiyanı necə qoruya bilər? İkili standartları dövlət siyasəti səviyyəsinə yüksəltmiş cənab Obama dünyadan özünə və təmsil etdiyi dövlətə qarşı inam və etimad gözləməkdə haqlıdırmı? Obama ”Amerikanın dünyanın bir nömrəli ölkə olması” ideyasının qurbanına çevrilib. Əlbəttə, əgər o, hegemon və despotik idarəçiliyini, dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə, bütün dünyanı Amerikaya qarşı qaldıracaq və yəqin ki, birincilik iddiası baş tutmayacaq”.
Nulandın Bakı səfərindən sonra vəziyyətin yenidən “müharibə həddinə” gəlməsi iki sualı yenidən aktuallaşdırır. Birincisi, Nulandın səfərində ciddi razılaşmalar olubsa, “atəşkəs” niyə yenidən və belə tezliklə pozuldu? İkincisi, rəsmi Vaşinqton Bakıdan (və əksinə) konkret olaraq nə istəyir ki, münasibətlər heç cürə düzəlmir? Qeyd edək ki, Nuland Bakıya səfərində media qarşısında səsləndirdiyi bəyanatlarda kifayət qədər korrekt davranmış, müxalifətlə görüşməmiş, Azərbaycanda heç bir inqilab üçün zəmin olmadığını dilə gətirmiş, hətta kəlbəcərli girovların azad edilməsinin vacibliyini vurğulamışdı.
Mümkündür ki, Azərbaycanda Şəhidlər Xiyabanını ziyarət etməyən Nulandın Ermənistanda saxta soyqırım qurbanlarının abidəsinə gül çələngi qoyması rəsmi Bakını narazı salsın. Amma münasibətlərin bu cür diplomatik etiket ziyarətləri səbəbindən yenidən gərginləşməsi də real görünmür. Bəs o zaman nə baş verir ki, iki dövlət arasında münasibətlər əvvəlki axarına qayıtmır?
Müşahidəçilərin fikrincə, bu gərginlik əslində 2008-ci ildə-Obama Ağ Evin sahibinə çevrildikdən sonra başlayıb, müəyyən fasilələrlə gah artıb, gah da azalıb. İddialar var ki, gərginliyin daha da artması dövrü Obamanın ikinci prezidentlik müddətində Con Kerrini dövlət katibi təyin etdikdən sonraya təsadüf edir. Məlumdur ki, Ağ Evin xarici siyasətini müəyyənləşdirən  Con Kerri ermənipərəst mövqeyi ilə tanınır.
Azərbaycan iqtidarı həm mərhum Heydər  Əliyevin, həm də İlham Əliyevin dövründə xüsusilə Amerika ilə münasibətlərə ciddi önəm verib. Bu münasibətlərin 22 illik tarixinə nəzər saldıqda aydın olur ki, xüsusi gərginlik dövrü məhz Obamanın Ağ Evə gəlməsi ilə başlayıb. Bu dövrə qədər rəsmi Bakı ən müxtəlif üsullarla, xüsusən ABŞ-dakı lobbiləri vasitəsilə Ağ Ev rəhbərləri ilə anlaşa bilib. Obama isə Azərbaycan hakimiyyəti ilə həmişə məsafə saxlamağa çalışıb və onun prezidentliyi dönəmində Azərbaycan rəhbəri hansısa səbəbdən bu günəcən də Vaşinqtona rəsmi dəvət almayıb. Bildiyimiz qədər, Nuland da son səfərində Azərbaycana belə bir dəvət gətirməmişdi…
Azərbaycanı regionda strateji müttəfiqi hesab etdiyi ABŞ-ın bu cür soyuq münasibətinin kökündə “demokratik vəziyyət” kimi demoqogiyanın dayanmadığı aydındır. Çünki çox da uzaq olmayan keçmişdə Ağ Ev Liviya diktatoru Qəzzafiyə belə qonaqpərvərlik nümayiş etdirirdi. Təbii ki, məhz Ağ Evin bu cür mövqeyi Azərbaycan hakimiyyətini də ciddi narazı salır. Təsadüfi deyil ki, rəsmi Bakı ilə işləmiş heç bir ABŞ prezidenti  Azərbaycan mətbuatında Obama qədər ardıcıl və sərt dillə tənqid edilməyib… Münasibətləri danışıqlar masası arxasında deyil, qəzet səhifələrində aydınlaşdırmağa (əslində daha da qəlizləşdirməyə) məcbur olanda isə belə xoşagəlməz mənzərə yaranır.
Belə görünür ki, Azərbaycanla Ağ Ev arasında münasibətlərin istənilən səviyyədə olması üçün Obamanın prezidentlik müddətinin sonunu-yəni daha 2 il gözləmək lazım gələcək…
Daha iki maraqlı nüansı da qeyd edək. Bu gərginlik martın 10-da Azərbaycanda başlayacaq “Amerika həftəsi”ərəfəsində baş verir. ABŞ-ın ölkəmizdəki yeni fəaliyyətə başlayan səfiri, ölkəni gəzdikdən və əhali ilə təmaslardan sonra geniş mətbuat konfransı keçirəcəyini vəd edən Robert Sekutanın “yol xəritəsinə” harada başlayacağı da diqqət çəkəndir. “Amerikanın səsi” radiosunun məlumatına görə, səfir  “mənim salamlama videomda verilən üç seçimdə sizin 70%-iniz Qobustana səs vermisiniz. Mən tezliklə ora səfər edəcəyəm” deyə, səfirliyin facebook səhifəsində yazıb.
Qobustan Azərbaycanın daş abidələri ilə zəngin rayonudur, bu baxımdan səfirin görüşlərə məhz orada başlamasının simvolik mənası da var. Amma Qobustan həm də əhalinin rəsmi orqanlardan ən çox şikayət edilən rayonlarından biri kimi də tanınır…
(Musavat.com)

 

Previous Post

“Azərbaycan” Obamanı çox sərt tənqid etdi

Next Post

“Dağlıq Qarabağda ümidsizlik atmosferi hökm sürür”

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

“Dağlıq Qarabağda ümidsizlik atmosferi hökm sürür”

Azərbaycan manatı avro və dollara nisbətən möhkəmlənib

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.