"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azercell 2022-ci il üzrə hesabatını açıqlayır – Video

09 Mart 2023 - 17:59
in İQTİSADİYYAT
FacebookVatsap

Ölkənin lider mobil operatoru yenilikləri Azərbaycana gətirməyə davam edir

Bunu da oxuyun

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalışan Azercell, 5 milyondan artıq abunəçi və 48,2% bazar payının sahibi kimi 2022-ci ildə də telekommunikasiya sektorunda öz liderlik mövqeyini qoruyub saxlayır.

2022-ci ili məhsuldar fəaliyyət və yeniliklərlə başa vuran “Azercell Telekom”, Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisindən biri kimi dövlət büdcəsinə 169,3 milyon AZN, 26 il ərzində isə ümumilikdə 2,2 milyard AZN vergi ödəyib. Mobil operator 2022-ci ildə ölkədə telekommunikasiyanın inkişafına 88,5 milyon ABŞ dolları, 1996-2022-ci illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

2022-ci ildə Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verdi. İlin yekunlarına əsasən mobil operatorun 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3124-ə çatdırılıb və ötürülən məlumatın həcmində 40% artım müşahidə olunub. Azercell-in 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 88,87%-ə, coğrafi əhatəsi isə 80,20%-ə qədər yüksəlib ki, bu da 2021-ci ilin analoji göstəricilərindən 6% artıqdır. Ümumiyyətlə isə 2022-ci ildə Bakı üzrə ortalama sürət 67 Mbit/s qədər yüksəlib.

Hazırda şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 94,60%, əhali əhatəsi isə 98,40% təşkil edir.

İşğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu quran “Azercell Telekom” Qarabağa böyük qayıdışını 2022-ci ildə də davam etdirib. Bu fəaliyyət işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 100-ə yaxın radio baza stansiyasının 2G/3G/4G standartları əsasında işə salınması ilə nəticələnib. Lider operator ən müasir radio baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, Xocavənd rayonuna aid bir çox kənd və ətraf ərazilərini mobil şəbəkəsi ilə təmin edib. Bu genişmiqyaslı layihənin növbəti mərhələsində isə lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə “yaşıl enerji” rejiminə keçid edib. Belə ki, Azercell Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyaları günəş panelləri ilə təchiz edərək, ətraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyətinin azalmasına imkan yaradıb. İşğaldan azad edilmiş torpaqlarda infrastrukturun inkişafına töhfə vermək məqsədilə “Azercell Telekom” bu sahədə növbəti əhəmiyyətli addım olaraq Şuşada Azercell Eksklüziv ofisinin açılışını etdi, Zəngilanın Ağalı kəndində ilk rəsmi satış və xidmət məntəqəsini abunəçilərinin istifadəsinə verdi.

2022-ci ildə Azercell daha bir möhtəşəm yeniliyə imza atdı. Şirkət Bakıda beşinci nəsil (5G) rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verdi. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalan Azercell 5G simsiz rabitə şəbəkəsini 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin etmək üçün 2023-cü ildə də ölkə boyu genişləndirməyə davam edəcək.

2022-ci ildə lider mobil operator 5 milyondan çox abunəçisinə bır sıra yeni məhsul və həllər təqdim etdi:

  • Xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə yeni formatda daha çevik müştəri təcrübəsi imkanları yaratmaq niyyətilə lider mobil operator eSİM xidmətini öz müştərilərinin sərəncamına verdi.
  • Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell Fintek məhsulları abunəçilərə maliyyə xidmətləri göstərməyə başladı. Bazara “akart” ticarət markası altında çıxarılan Azercell Rəqəmsal kartı “Kabinetim” üzərindən nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan yaratdı.
  • Ölkədə ilk dəfə olaraq müştərilərin sərbəst dizayn edə biləcəyi, ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən yeni rəqəmsal “İstəSən” tarifi bazara təqdim etdi.

Azercell daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanallarıyla abunəçilərinə xidmət göstərməyə davam edib. 2022-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng, Onlayn Müştəri Xidmətləri üzərindən 1 milyondan artıq sorğu daxil olub. Azercell-in rəsmi Facebook, Instagram, Twitter, YouTube və Linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb. Azercell-in 2022-ci ildə təqdim etdiyi ilklərdən biri də Süni İntellekt əsasında çalışan Virtual Assistent xidmətininin test rejimində müştərilərin istifadəsinə verməsi oldu.

Hesabat ilində şirkətin Bakı-Bölgə Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, həmçinin Mobil Müştəri Xidmətləri (MMX) tərəfindən ümumilikdə 800 mindən çox abunəçiyə xidmət göstərilib. İşğaldan azad olunmuş ərazilərdə müştərilərinə xidmət göstərən ilk şirkət olan Azercell-in MMX komandası 2022-ci ilin ilk yarısında Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərinə səfər edərək abunəçilərə ödənişsiz xidmətlər göstərib. Ümumilikdə MMX təmsilçiləri Bakı və Bölgə ərazilərində 1000-dən çox sorğunu icra ediblər.

2022-ci ildə Azercell şirkətinin özünəxidmət tətbiqi olan “Kabinetim” daha müasir dizaynda müştərilərə təqdim olunaraq, istifadəçi təcrübəsi daha da təkmilləşdirildi. Abunəçilərinə öz nömrəsinə tam nəzarət etmək imkanı verən “Kabinetim” tətbiqində “İstəSən” tarifi, “akart” xidməti əlçatan oldu. Nəticə olaraq “Kabinetim” mobil tətbiqinin imkanlarından yararlanan abunəçi sayı 1 milyonu keçdi.

Ölkədə biznes ekosisteminin inkişafına dəstək verən mobil operator 2022-ci ildə korporativ abunəçilərinə xidmət göstərməyə davam edib. Azercell şirkət və qurumların üstünlük verdiyi biznes tərəfdaşı kimi 20 mindən artıq hüquqi şəxsə xidmət göstərib. Azercell Biznes-in korporativ abunəçiləri üçün təqdim etdiyi eksklüziv xidmətlər nəticəsində internet istifadəçilərinin sayında 31%-dən artıq, Əşyaların interneti (IoT) istifadəçi bazasının həcmində 30%-dən çox artım əldə olunub, aktiv istifadəçi sayı isə 500 mini ötüb.

Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasını sağlam dəyərlər üzərində quran Azercell 2022-ci ildə həyata keçirdiyi KSM layihələrə ümumilikdə 0,2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22,3 milyon ABŞ dolları təşkil edib.

2022-ci ildə Azercell KSM strategiyası çərçivəsində zəngin mədəni irsimizi, milli dəyərlərimizi rəqəmsallaşdırıb təbliğ etməyə, habelə beynəlxalq ictimaiyyətə tanıtmağa davam edib. 2022-ci ilin ölkə prezidenti tərəfindən “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq “Azercell Telekom” “Qarabağın səsini dinlə” adı altında dərc olunan Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim edib.

Azercell-in 2010-cu ildən dəstəklədiyi “Azərbaycan Uşaq Qaynar Xətt” və şirkətin təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılmış “Qadın Qaynar Xətt” xidmətləri vasitəsilə hesabat ilində ümumilikdə 7 mindən çox müraciətə baxılıb.

Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyin məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC-nin dəstəyilə İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarında ölkəmizi uğurla təmsil edib, 1 qızıl, 6 gümüş, 8 bürünc medal və 3 həvəsləndirici mükafat qazanıblar. 2022-ci ildə azərbaycanlı məktəbli qızlar “Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə “EGOI 2022” – Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edib vətənə qələbə ilə qayıdıblar. Azercell-in dəstəyilə 2022-ci ildə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün peşə təlimləri keçirilib, “YouthCan” və “Her Improvement” layihələri isə şirkətdən aldıqları qrantlar sayəsində öz fəaliyyətlərini davam etdiriblər.

2022-ci ildə “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”, ilk dəfə olaraq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirildi.

Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşmasına xüsusi önəm verən Azercell 2022-ci ildə İnsan kapitalının inkişafına 0,9 milyon ABŞ dolları, 26 il ərzində isə 27,7 milyon ABŞ dolları həcmində vəsait xərcləyib.

2022-ci il ərzində Azercell Akademiyası Tədris Mərkəzinin 6 biznes məktəbi və təlimçiləri tərəfindən ölkədə fəaliyyət göstərən müxtəlif qurum və şirkətlər üçün 281 xarici təlim, 60 şirkətdaxili təlim keçirilib. Bu təlimlərə 1686 iştirakçı qatılıb.

Azercell yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına töhfə vermək məqsədilə Tələbə Təqaüdü və Tələbə Təcrübə Proqramlarını da davam etdirib. Ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 25 gənc şirkətin Tələbə Təqaüdünə layiq görülüb.

2022-ci ildə şirkətin nəzdində fəaliyyət göstərən “Azercell Könüllüləri” təşəbbüs qrupu və şirkətin Mobil Müştəri Xidmətləri Müharibə və Əmək Əlilləri üçün pansionata, Protez-Ortopedik Bərpa Mərkəzinə səfər edib oranın sakinlərinə yerində xidmət göstəriblər. Mobil operator Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yüksəksürətli internetdən istifadə imkanı yaradıb, müəssisəni mobil cihazlarla təchiz edib. “Azercell Könüllüləri” öz ənənələrinə sadiq qalaraq Novruz bayramı və Yeni ildə Vətən müharibəsi şəhidlərinin ailələrini, döyüşlərdə yaralanmış qaziləri və onların övladlarını, həmçinin aztəminatlı ailələri, SOS Uşaq Kəndlərində uşaqları bayram sovqatları ilə ziyarət edib.

2022-ci ildə Azercell şirkəti növbəti dəfə ISO 37001:2016 Antikorrupsiya idarəetmə sistemi standartları üzrə uyğunluq sertifikatı və ISO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb.

Azercell Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən “Ulduz tərəfdaş” mükafatı ilə təltif olunub. Bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə edən “Felis Azərbaycan” yarışmasında Azercell kampaniyaları 9 nominasiyada mükafat qazanıb.

Azərbaycanın lider mobil operatoru və 5 milyondan çox abunəçinin seçimi olmaq məsuliyyətini 26 ildən artıqdır ki üzərinə götürən “Azercell Telekom” müştərilərinə keyfiyyətli xidmət və davamlı bağlantı ilə yanaşı, qlobal inteqrasiyanın geniş imkanlarını daha əlçatan etmək üçün çalışır.

Previous Post

Azercell 2022-ci il üzrə hesabatını açıqlayır – Video

Next Post

Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi

Bənzər yazılar

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib. Elchi.az  nazirliyə istinadən xəbər verir ki, tədbirdə...

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ticarət və iqtisadi...

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

15 Sentyabr 2026 - 19:00

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər, həmçinin ticarət və iqtisadi...

Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb

Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb

15 Sentyabr 2026 - 17:40

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb. Bu, ötən ilin eyni dövrü...

Next Post
Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir

Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi

Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir

Naxçıvan Prokurorluğunda əməliyyat müşavirəsi

Son xəbərlər

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib

15 Sentyabr 2026 - 19:00
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

15 Sentyabr 2026 - 18:43
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb

15 Sentyabr 2026 - 18:35
Avrokomissar Brunner Seutada minlərlə miqrantın qaldığını bildirib

Avrokomissar Brunner Seutada minlərlə miqrantın qaldığını bildirib

15 Sentyabr 2026 - 18:27
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

15 Sentyabr 2026 - 18:14
Almaniyada Ukrayna üçün məxfi silah qərargahı fəaliyyət göstərir

Almaniyada Ukrayna üçün məxfi silah qərargahı fəaliyyət göstərir

15 Sentyabr 2026 - 18:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.