"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı legitim hüquqdur

11 İyul 2025 - 11:48
in SOSİAL

Qərbi Azərbaycan

FacebookVatsap

Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsinə səbəb yalnız onların etnik mənsubiyyəti olub.
Azərbaycan cəmiyyətində və siyasi dairələrdə Qərbi Azərbaycana qayıdış mövzusu təkcə humanitar deyil, eyni zamanda mədəni, siyasi və hüquqi bir məsələ kimi gündəmdə saxlanılır. Bu qayıdış həm milli kimlik, həm də tarixi ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycana qarşı tarix boyu həyata keçirilən etnik təmizləmə, zorla köçürmə, soyqırımı və mülkiyyət hüquqlarının pozulması kimi cinayət əməllərinin hüquqi aspektlərinin qiymətləndirilməsi bu qayıdışın beynəlxalq hüquqa əsaslanan legitimliyini ön plana çıxarır.
Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Polad Mehdiyev bildirib ki, Azərbaycan xalqı son iki əsrdə Ermənistan tərəfindən silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından əziyyət çəkib. Onun sözlərinə görə, bu əməllərə hüquqi qiymətin verilməsi iki əsas istiqamətdə aparılmalıdır:

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Birinci, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların hüquqları;

İkinci, Ermənistan tərəfindən işğal dövründə azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət.
Hüquqşünas vurğulayıb ki, azərbaycanlıların Ermənistandan deportasiyası üç əsas mərhələdə – 1905–1920, 1948–1953 və 1987–1991-ci illərdə həyata keçirilib. Bu dövrlərdə yüz minlərlə azərbaycanlı qanuni yaşadığı ərazilərdən zorla qovulub, minlərlə insan qətlə yetirilib, evlər, mədəniyyət abidələri və yaşayış məntəqələri dağıdılıb. Onun fikrincə, bu prosesin məqsədi indiki Ermənistan ərazisini etnik cəhətdən homogenləşdirmək, yəni azərbaycanlılardan “təmizləmək” olub.
Polad Mehdiyev xatırladıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə imzalanmış “Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman bu hadisələrin hüquqi-siyasi qiymətləndirilməsi baxımından fundamental sənəddir. Fərmanda qeyd olunur ki, son iki əsrdə həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik yurdlarından didərgin salınıb və kütləvi qırğınlara məruz qalıb.
Polad Mehdiyev deyib ki, Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsinə səbəb yalnız onların etnik mənsubiyyəti olub. Bu, beynəlxalq hüquqa görə irqi ayrı-seçkilik və etnik təmizləmə cinayətidir. Onun fikrincə, bu deportasiya və qətllərə görə hələ də Beynəlxalq Ədalət Məhkəməsində hüquqi qiymət verilməyib.
Hüquqşünas bildirib ki, 1991-ci ilədək Ermənistanda yaşayan azərbaycanlılar həmin ölkənin və SSRİ-nin vətəndaşı olub. Onların bu günə qədər vətəndaşlıqdan məhrum edilməsi barədə heç bir hüquqi sənəd – nə məhkəmə qərarı, nə də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı yoxdur. Polad Mehdiyev vurğulayıb ki, Ermənistan 1991-ci il müstəqillik bəyannaməsində Ermənistan SSR-nin siyasi və hüquqi varisi olduğunu elan edib. Beləliklə, Ermənistan bu deportasiyalar və digər cinayətlərə görə həm siyasi, həm də hüquqi baxımdan məsuliyyət daşıyır. O hesab edir ki, Ermənistandan zorla çıxarılan azərbaycanlıların vətəndaşlıq hüquqları bərpa olunmalıdır.

O əlavə edib ki, bu insanlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər beynəlxalq aktlara əsasən geri qayıtmaq hüququna malikdirlər. Bəyannamənin 13-cü maddəsinə görə, “hər bir insan öz ölkəsinə qayıtmaq hüququna malikdir”.

Hüquqşünas qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Qayıdış Konsepsiyası hazırlanaraq qəbul olunub. Konsepsiya beynəlxalq və daxili hüquqa, tarixi faktlara əsaslanaraq bu insanların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməyi hədəfləyir. Burada qayıdışın beynəlxalq hüquqi təminatlar çərçivəsində, sülh yolu ilə və kollektiv hüquqlar nəzərə alınaraq baş verməsi əsas götürülür.
Polad Mehdiyev bildirib ki, Ermənistan tərəfi Qarabağ ermənilərinin müəyyən şərtlərlə geri qayıdışını tələb etdiyi halda, Azərbaycan da Qərbi azərbaycanlıların geri dönüşünü sülh müqaviləsinin tərkib hissəsi kimi irəli sürməlidir. Bu, həm hüquqi balansın təmin olunması, həm də beynəlxalq hüququn prinsiplərinə əməl olunması baxımından vacibdir. Ermənistan işğal dövründə azərbaycanlılara qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və qadağan olunmuş silahların istifadəsi ilə Cenevrə Konvensiyasını kobud şəkildə pozub. Bu əməllərə görə həm Ermənistan dövləti, həm də onun konkret rəsmi şəxsləri beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır.

Mehdiyev xatırladıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sərəncamı ilə azərbaycanlılara qarşı törədilmiş bu cinayətlərlə bağlı cinayət işi açılıb və araşdırma aparılır. Beynəlxalq təşkilatlarla hüquqi əməkdaşlıq və digər ölkələrin prokurorluqlarına vəsatətlərin göndərilməsi də bu araşdırmanın tərkib hissəsidir.

Polad Mehdiyev hesab edir ki, bu istiqamətdə Qərbi Azərbaycan İcması tərəfindən görülən işlər mühüm əhəmiyyət daşıyır və qayıdış prosesində hüquqi çərçivənin formalaşmasına xidmət edir. Onun sözlərinə görə, bu məsələnin yalnız siyasi deyil, hüquqi əsaslarla da beynəlxalq müstəviyə daşınması və Ermənistanın hüquqi məsuliyyətə cəlb olunması vacibdir.

“Qərbi Azərbaycan türk dünyasının tarixi, mədəniyyəti və əhalisi baxımından böyük əhəmiyyət kəsb edən bir bölgədir. Bu gün Qərbi Azərbaycanın tarixi, mövcud vəziyyəti, qarşılaşdığı problemlər və onların həlli yolları istiqamətində ciddi işlər aparılır”.

Bunu isə Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, Qərbi Azərbaycanlıların köç və işğal problemlərinin araşdırıcısı Şəfayət Avılbəyli deyib. O bildirib ki, Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi şəkildə köç etməsi, tarixi torpaqlarda demoqrafik dəyişikliyin aparılması və bunun nəticəsində etnik-mədəni irsin təhlükə altına düşməsi əsas problemlərdən biridir:

“Bu məsələlər, həm tarixən, həm də müasir dövrdə ciddi müzakirələrə səbəb olmuşdur. Aparılan araşdırmalar və statistik məlumatlar göstərir ki, son əsrlərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı kəskin şəkildə azalmışdır. Bu prosesin əsas səbəbləri deportasiyalar, zorakı köçürülmələr və siyasi təzyiqlər olub. Eyni zamanda, tarixi abidələrin dağıdılması və mədəni irsin məhv edilməsi də müşahidə olunur”.

Ş.Avılbəyli qeyd edib ki, məsələnin həlli üçün müxtəlif yanaşmalar təklif edilə bilər:

“Birincisi, tarixi faktların beynəlxalq səviyyədə tanıdılması və bu mövzuda tədqiqatların genişləndirilməsi vacibdir. İkincisi, azərbaycanlıların hüquqlarının qorunması üçün diplomatik və hüquqi müstəvidə addımlar atılmalıdır. Üçüncüsü, Qərbi Azərbaycanla bağlı mədəni və tarixi irsin qorunması üçün xüsusi layihələr həyata keçirilməlidir, hansı ki, bu istiqamətdə artıq bir çox universitetlərdə, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini, həmçinin burada yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın təsisçisi və baş redaktoru olduğu “Yurdun səsi ”qəzetinin, “İZ” jurnalının fəaliyyətlərini xüsusi vurğulamaq lazımdır”.

Araşdırmaçının sözlərinə görə, Qərbi Azərbaycan məsələsi tarixi, siyasi və mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir. “Əldə olunan nəticələr göstərir ki, bu mövzuda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş fəaliyyətlərin həyata keçirilməsi vacibdir. Gələcək prespektivlər arasında mədəni irsin qorunması, hüquqların müdəfiəsi və tarixi ədalətin bərbası əsas hədəflər kimi qalır”, – o qeyd edib.
“Eyni zamanda, Qərbi Azərbaycan icmasının hüquqlarının müdafiəsi və onların öz tarixi torpaqlarına qayıtmaq hüququnun tanınması məsələsi ön planda saxlanmalıdır. Regional sabitlik və ədalətli həll yolu tapmaq üçün Azərbaycan dövlətinin və beynəlxalq təşkilatların birgə əməkdaşlığına ehtiyac var. Uzun müddətli perspektivdə, bu problemin həlli tarixi ədalətin bərpasına və bölgədə sülhün təmin olunmasına xidmət edəcək”, – Avılbəyli vurğulayıb.
(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)
Azad Nurulu
“Cebheinfo.az”

 

Previous Post

Prezident 2 fərman imzaladı

Next Post

Tramp Kanada mallarına 35% tarif elan edib

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Tramp Kanada mallarına 35% tarif elan edib

Prezident gürcü naziri qəbul etdi - Foto

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.