Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

🗓 10.06.2025 09:42 ✍️ "Elçi" qəzeti
Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.90% artaraq 70.79 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Bənzər yazılar