Azarov qeyd edib ki, ukraynalı gənclər kütləvi şəkildə ölkəni tərk edirlər.
Elchi.az xəbər verir ki, Ukraynanın əhalisi azalmaqda davam edir və bu gün cəmi 23 milyon nəfərdir. Bu fikirləri ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib.
“Ölkədə 23 milyon insan qalıb və cəmi 3,5 milyon ukraynalı döyüş əməliyyatlarını davam etdirə bilər. Ukraynanın əmək qabiliyyətli gəncləri isə kütləvi şəkildə ölkəni tərk edir”, – Azarov Telegram-da yazıb.
Şayəstə Hüseynova