"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

AZAL Cahangir Əsgərovdan alınır…

20 Yanvar 2016 - 00:24
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

AZAL Cahangir Əsgərovdan alınır...

Bunu da oxuyun

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

 “Azərbaycanda özəlləşdiriləcək ilk dövlət səhmdar cəmiyyətlərindən biri “Azərbaycan Hava Yolları” QSC (AZAL) ola bilər”.

İslaminsesi bildirir ki, bu barədə Qaynar.info-ya etibarlı mənbədən bildirilib.

 

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin srağagün ölkədəki iqtisadi-sosial vəziyyətə həsr edilmiş fövqəladə iclasında geniş özəlləşdirmə proqramı barədə tapşırıqlar verib.

“Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar.  Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər” deyə İ.Əliyev bildirib.

 

Mənbəmiz xatırladır ki, hələ bir neçə ay əvvəl Azərbaycanda bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Bu sırada AZAL-ın adı xüsusi hallanırdı.

“Başda “Azərbaycan Hava Yolları” olmaqla bir sıra QSC dövlət büdcəsinə əlavə yük təşkil edirlər. Amma keçən ilin payızında AZAL-ın özəlləşdirilməsi ilə bağlı təkliflər daha yüksəkdən səsləndsirilməyə başlanıldıqdan sonra hökumətdən bun amənfi reaksiya gəldi. Məsələn, maliyyə naziri Samir Şərifov açıq mətnlə dedi ki, “AZAL-ın özəlləşdirilməyə çıxarılması, özəl hava şirkətlərinin yaradılması o qədər də uğurlu variant deyil”.

Hesab edirəm ki, manatın ikinci və daha kəskin devalvasiyasından, neftin qiymətinin isə artıq 30- dolların da altına düşməsindən və Azərbaycanın gəlirlərinin misli görünməmiş şəkildə azalmasından sonra artıq hökumətdə də artıq bu məsələnin vacibliyini başa düşürlər. Ona görə də istər AZAL-ın, istərsə də “Azərenerji”, “Azərsu”, “Azəristiliktəchizat”, “Azərişıq” kimi digər qapalı səhmdar cəmiyyətlərinin özəlləşdirilməyə çıxarılması tamamilə realdır” deyə qaynağımız əlavə edib.

 

AZAL-ın dövlət borcu ən yüksək QSC olduğunu da xatırladan mənbəmizin sözlərinə görə, bu qurumun hava nəqliyyatındakı inhisarçı mövqeləri Azərbaycanın dövlət büdcəsinə, ümumiyyətlə isə ölkə iqtisadiyyatına xeyli baha başa gəlir:

“Yadınızdadırsa, ötən ilin sentyabrında hökumət “Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silmişdi. İllərdir AZAL-a ayrılan dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlərə baxmayaraq, yenə də onun borclarının xalqın boynuna – dövlət büdcəsinə yüklənilməsinə heç bir məntiqi izah tapmaq mümkün deyil. Digər tərəfdən, AZAL-ın inhisarçı şirkət olması Azərbaycanda təyyarə biletlərinin baha olmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu isə ölkəmizin xarici turistlər üçün cəlbediciliyini ciddi şəkildə azaldır. Bütün bunları ümumiləşdirdikdə AZAL-ın özəlləşdirilməytə çıxarılması qaçılmaz görünür”.

 

Beləliklə, “Azərbaycan Hava Yolları”nın özəlləşdirilməsi üçün iqtisadi əsaslar kifayət qədərdir. Qalır bu prosesə start verilməsi – onun nə vaxt baş verəcəyini indidən demək çətin olsa da, yəqin bunu çox gözləmək lazım gəlməyəcək…

 

O da maraqlıdır ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik etdiyi qurumun özəlləşdirilməsi ilə bağlı təklifləri səssiz qarşılayır. Bu mövzu nə vaxt gündəmə gəlsə, AZAL rəsmiləri məsələ barədə susmağı və hər hansı açıqlama verməməyi tərcih edirlər.

Previous Post

AZAL Cahangir Əsgərovdan alınır…

Next Post

20 Yanvar faciəsindən 26 il ötür

Bənzər yazılar

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24

Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən "İnnovativ...

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

Lavrov Britaniyanı hədələdi: “Ona yazığım gəlir”

19 Avqust 2026 - 14:00

"Moskva, Britaniya raket qüvvələrinin Rusiya Federasiyasına qarşı zərbələrdə iştirakını – bundan irəli gələn bütün nəticələri ilə birlikdə – Ukraynadakı münaqişədə...

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

Ali Məhkəmə: Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilmir

19 Avqust 2026 - 13:37

Səhiyyə sahəsində yaranan mübahisələrdə cəmiyyətdə adətən xəstənin səhhətində arzuolunmaz nəticə baş verdikdə bunun avtomatik olaraq həkim səhvi olduğu düşünülür. Halbuki...

Tramp Hörmüz boğazını “Yeni ABŞ ərazisi” elan etdi

Tramp Hörmüz boğazını “Yeni ABŞ ərazisi” elan etdi

19 Avqust 2026 - 10:37

ABŞ prezidenti Donald Tramp özünün Truth Social hesabındakı paylaşımda Hörmüz boğazını "Yeni ABŞ ərazisi" elan etdi. Elchi.az xəbər verir ki, xəritə...

Next Post

20 Yanvar faciəsindən 26 il ötür

20 Yanvar faciəsindən 26 il ötür

Son xəbərlər

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

19 Avqust 2026 - 21:29
Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21
Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

19 Avqust 2026 - 19:24
NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

19 Avqust 2026 - 19:10
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

19 Avqust 2026 - 19:00
Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

19 Avqust 2026 - 18:40
Avrokuboklarda Azərbaycan həndbolunu “Kür” təmsil edəcək

Avrokuboklarda Azərbaycan həndbolunu “Kür” təmsil edəcək

19 Avqust 2026 - 18:31
Mərkəzi Afrika Respublikasında mədən çöküşü: Ən azı 30 Ölüm

Mərkəzi Afrika Respublikasında mədən çöküşü: Ən azı 30 Ölüm

19 Avqust 2026 - 18:29
Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

Ukrayna körpünü, PUA anbarlarını və Rusiya qoşunlarının bir sıra obyektlərini vurub

19 Avqust 2026 - 18:23
Bakıda kabab evində at DNT-si aşkarlanıb

Bakıda kabab evində at DNT-si aşkarlanıb

19 Avqust 2026 - 18:20
DİM bu imtahanın nəticələrini elan etdi

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır, 85 mindən çox şəxs ərizəsini təsdiqləyib – YENİLƏNİB

19 Avqust 2026 - 18:16
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 vaqon buğda göndərilib – YENİLƏNİB

Rusiya XİN-i ABŞ-ın Omana təhdidlərinə cavab verdi

19 Avqust 2026 - 18:03
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 vaqon buğda göndərilib – YENİLƏNİB

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 vaqon buğda göndərilib – YENİLƏNİB

19 Avqust 2026 - 17:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.