Rusiyanın Yamalo-Nenetsk muxtar vilayətinin Noyabrsk şəhərində Azərbaycan vətəndaşı 53 yaşlı kişi ölüb.
“Səbəb birinci halda olduğu kimi 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir”, – Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətinin Yamalo-Nenetsk muxtar vilayətinin Noyabrsk şəhəri üzrə İdarəsinin rəhbəri Ludmila Neçepurenko bildirib.
Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 (donuz qripi) virusundan ölüm faktı qeydə alınıb.