“20 – 34 yaş aralığında olan və son üç il ərzində hər hansı ali təhsil müəssisəsindən məzun olmaqla işlə təmin edilmə faizinin ən yüksək olduğu Avropa ölkəsi 96,7 % nəticə ilə Maltadır. İkinci yerdə 95,8 % nəticə ilə İslandiya, üçüncü yerdə isə 94,8 % nəticə ilə Hollandiya dayanır”.
Elchi.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Etibar Əliyev FB hesabında qeyd edib:
“Universitetdən məzun olaraq üç il içərisində işlə təmin olunanların nisbəti Almaniyada 94,3, Birləşmiş Krallıqda 88,4, Finlandiyada 88,3,
Fransada 84,4, İspaniyada 77,9, Türkiyədə 64,2, İtaliyada 62,8, Yunanıstanda isə 59 %-dir.
Azərbaycanda bu rəqəm 42 faizdir…”.
Yeganə