Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib.
Xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib.
Elchi.az-ın məlumatına görə, məsələ ilə bağlı səhiyyə qurumlarından Modern.az-a bildirilib ki, yoluxma aşkarlanacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək.