Azərbaycanda gələn ay 8 gün iş olmayacaq

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.

Elchi.az-ın məlumatına görə, 8 Mart – Qadınlar günü iş günü hesab edilmir.

Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə – yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

Bənzər yazılar

Next Post

Son xəbərlər