EN RU

Azərbaycanda emal edilməmiş almazlarla bağlı yeni qaydalar təsdiqləndi

Nazirlər Kabineti emal edilməmiş almazların dövriyyəsi ilə bağlı qərar qəbul edib.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması və izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları təsdiqlənib.

Eyni zamanda, emal edilməmiş almazların ixracı zamanı “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları da müəyyən olunub.

Sənəd “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda edilmiş dəyişikliklərin tətbiqi məqsədilə hazırlanıb.

Qərarda qeyd olunub ki, sənəd Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minəcək.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com