Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər.
Elchi.az xəbər verir ki, bu barədə TASS-a “AzərTelekom”un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev məlumat verib.
“Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, – o, bildirib.
Bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.
F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir .
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Bank olmayan kredit təşkilatlarında (BOKT) gündəlik kredit borcunu restrukturizasiya edən müştəridən əlavə ödəniş tələb olunmayacaq. Elchi.az xəbər verir ki, bunu...





















Son şərhlər