"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan və Türkiyə şəhid ailələri arasında qardaşlıq görüşü…

05 Sentyabr 2025 - 16:32
in XƏBƏR LENTİ
FacebookVatsap

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Abşeron rayonunun olan şəhid ailələri ilə Türkiyənin şəhid ailələri arasında qardaşlıq və həmrəylik görüşü təşkil edilib. “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində baş tutan tədbirdə hər iki ölkənin şəhid yaxınları, eləcə də Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsindən nümayəndələri iştirak ediblər.
Tədbir, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Türkiyə Respublikasının İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə etdiyi çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dərinliyinə, ölkələr arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlığa və 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfərə diqqət çəkib.
A.Fərzəliyev xüsusilə, iki xalqın birgə bacarıq və qüdrətinin simvolu kimi, Abşeron rayonunun Digah qəsəbəsində birgə təşəbbüslə inşa edilən “Türk şəhidliyi” abidəsini misal göstərib. Rayon rəhbəri qeyd edib ki, “Bu abidə təkcə memarlıq nümunəsi deyil, eyni zamanda iki qardaş xalqın bölünməz dostluğunun, həmrəyliyinin və şəhidlər qarşısında sonsuz minnətdarlığının əbədi simvoludur. Tarixdə Qafqaz İslam Ordusu Azərbaycan oğulları ilə birgə vuruşaraq düşməni məğlub edib. Bu döyüşlərdə şəhid olan türk əsgərlərindən 9 nəfəri məhz bu torpaqda, Digah qəbiristanlığında dəfn edilib.”
Abşeron RİH-in başçısı Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfərdən sonra ərazi bütövlüyünün bərpa olunduğunu, Qarabağa həyatın qayıtdığını və azad edilən ərazilərdə genişmiqyaslı bərpa-işlərin davam etdiyini vurğulayıb. Fərzəliyev həmçinin, rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinə daimi dəstək göstərilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında təşkilatın həyata keçirdiyi layihələrin əsas məqsədinin şəhid ailələri arasında həmrəylik və qarşılıqlı dəstək ənənəsini gücləndirmək olduğunu diqqətə çatdırıb.
Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş isə çıxışında Azərbaycan və Türkiyənin bir millət, iki dövlət prinsipi üzərində möhkəm birliyini, həmçinin şəhid ailələrinin bu qardaşlığın ən ali rəmzi olduğunu qeyd edib.
Sonra çıxış edən şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və Şəhid polis Abdülkadir Güngörün həyat yoldaşı Merve Zarife Güngör həm Türkiyə, həm də Azərbaycanda şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsi və rifahının gündən-günə daha da yaxşılaşdırılması üçün hər cür dəstəyin göstərildiyini diqqətə çatdıraraq, dövlət başçıları və xanımlarına dərin təşəkkürlərini bildiriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Görüşün sonunda Türkiyədən gələn şəhid ailələrinə Abşeron RİH tərəfindən xatirə hədiyyələri təqdim edilib
Qeyd edək ki, 1-5 sentyabr tarixlərində həyata keçirilən bu layihənin əsas məqsədi Azərbaycan və Türkiyənin ortaq milli-mədəni dəyərlərini təbliğ etmək, şəhid ailələri və ictimaiyyət arasında əməkdaşlıq və dostluq mühitini möhkəmləndirməkdir. “Zəfər” Birliyi keçən il də eyni adlı layihə çərçivəsində Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri ilə görüşlər təşkil etmiş, 2024-cü ilin iyul ayında isə 30 şəhid övladı üçün ŞKTR-da “Yay Məktəbi” təşkil etmişdi.

Bunu da oxuyun

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

Previous Post

Bakıda qəzadan sonra insident… – DİN-dən reaksiya

Next Post

ABŞ-ın Ukraynada bufer zonası yaratmaq planları üzə çıxıb

Bənzər yazılar

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Elchi.az...

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02

ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub. Elchi.az  xəbər verir ki,...

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54

İran Silahlı Qüvvələri son raket hücumu zamanı ABŞ-nin İordaniyadakı bazasındakı hərbi təyyarələrinə zərər vurmayıb. Elchi.az xəbər verir ki, bunu ABŞ...

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisinin vurulduğunu...

Next Post
ABŞ-ın Ukraynada bufer zonası yaratmaq planları üzə çıxıb

ABŞ-ın Ukraynada bufer zonası yaratmaq planları üzə çıxıb

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar – Siyarto

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Son xəbərlər

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.