"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan və Moldova arasında əməkdaşlıq sənədi imzalanıb – Fotolar

18 Oktyabr 2022 - 19:22
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan XİN Yamaykanı təbrik etdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Elchi.az-ın xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, ötən dövrdə müxtəlif sahələr üzrə imzalanan 63 əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə imkan verdiyini bildirib.

İki ölkənin əlaqələrinin sosial sahəni də əhatə etdiyini diqqətə çatdıran S.Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Milli Sosial Sığorta Kassasının fəal əməkdaşlığını qeyd edib.

S.Babayev bu ilin avqust ayında moldovalı həmkarı M.Spatar ilə görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişafına dair aparılan müzakirənin önəmini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizdə geniş miqyas alan sosial islahatlar proqramı, xüsusilə əmək, məşğulluq və sosial müdafiə sahələrində son 4 ildə əldə olunmuş mühüm irəliləyişlər, sosial ödənişlərdə edilən ciddi artımlar barədə məlumat verilib.

DOST konsepsiyası, əmək, məşğulluq, sosial müdafiə sahəsində xidmətlərin avtomatlaşdırılması və proaktiv formada əhaliyə təqdim olunması ilə bağlı əldə olunan uğurlar diqqətə çatdırılıb. Nazirliklər arasında əlaqələrin, təcrübə mübadilələrinin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

M.Spatar Moldavanın Azərbaycanla əlaqələrini daim genişləndirməkdə maraqlı olduğunu, iki ölkənin sosial sahədə əməkdaşlığının da daim genişlənəcəyinə əminliyini, hazırkı səfərinin də bu məqsədə yönəldiyini bildirib.

O, səfər zamanı DOST mərkəzi ilə də tanış olduğunu, Azərbaycanın DOST təcrübəsini öyrəndiklərini və DOST konsepsiyasını Moldovada tətbiq etmək niyyətində olduqlarını bildirib. M.Spatar həmçinin Azərbaycanın sosial sahədə elektron texnologiyaların, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində təcrübəsinə maraq göstərdiklərini də diqqətə çatdırıb.

Görüşün yekunu olaraq S.Babayev və M.Spatar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Sənəddə əmək, məşğulluq, əhalinin sosial müdafiəsi sahələrində müvafiq qanunvericiliyin və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığının təşkili, həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi, əlilliyi olan şəxslərin tibbi, sosial və məşğulluq problemlərinin həlli, sosial xidmətlər və s. kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əksini tapır.

Sənədin imzalanmasından sonra keçirilən brifinqdə S.Babayev və M.Spatar yeni imzalanan Memorandumun iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.

Previous Post

Azərbaycan və Moldova arasında əməkdaşlıq sənədi imzalanıb – Fotolar

Next Post

“Azərbaycan Laçın yolunu bağlamalıdır ki, ərazi boş hesab edilməsin”

Bənzər yazılar

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yamaykanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib. O, Demokrat.az-a açıqlamasında...

Next Post
“Azərbaycan Laçın yolunu bağlamalıdır ki, ərazi boş hesab edilməsin”

"Azərbaycan Laçın yolunu bağlamalıdır ki, ərazi boş hesab edilməsin"

“Azərbaycan Laçın yolunu bağlamalıdır ki, ərazi boş hesab edilməsin”

"Azərbaycan Laçın yolunu bağlamalıdır ki, ərazi boş hesab edilməsin"

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.