"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib – FOTO

16 Fevral 2026 - 19:29
in SİYASƏT
FacebookVatsap

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Bunu da oxuyun

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Elchi.az xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb ediliblər.

Bununla yanaşı, 2025-ci il ərzində korrupsiya ilə mübarizə sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə nəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib. Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası” hazırlanıb. Bu mexanizm korrupsiya ilə mübarizə tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait yaradacaq.

İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci dəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrə verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş hesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüş işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı tədbirlərin davam etdirilməsi qərara alınıb.

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə məruzələr dinlənilib. Eləcə də şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmış korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planı təsdiqlənib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib - FOTO
Previous Post

Ərdoğan sabah Efiopiyaya gedəcək

Next Post

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bənzər yazılar

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkənin Aİ-yə üzvlüyə hazırlıq prosesini...

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39

Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün vacib tərəfdaş ölkədir. Coğrafi mövqeyi və genişmiqyaslı iqtisadi əlaqələri bu tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Ölkəmizin...

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12

Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada lisey şagirdləri və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almasını, çoxsaylı saxlanılma...

Next Post
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Qaranlıqdan sonra" adlı tədbirdə iştirak edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.