"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan – regionun güc mərkəzi

10 Sentyabr 2017 - 09:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan - regionun güc mərkəzi

Bunu da oxuyun

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

 

Günel Səfərova/”Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru

Azərbaycan-regionun güc mərkəzi

 

Azərbaycan beynəlxalq müstəvidə yürütdüyü çoxvektorlu siyasətlə real uğurlar qazanmaqdadır. Ölkəmizin istər Qərb, istər müsəlman dövlətləri ilə yaxın əməkdaşlığı dünyanın bir çox beyin mərkəzlərini narahat etsə də, bu, artıq geriyə dönüşü olmayan prosesdir və erməni lobbisinin təsiri altında olan dairələr də həmin reallığı dərk etməlidirlər. Çünki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş vədost kimi təsdiq edə bilib. Beynəlxalq təşkilatlarda respublikamıza olan etimad bunun göstəricisidir. Bu gün regionda Azərbaycanın rəyi nəzərə alınmadan heç bir addım atılmır.

Xəzər hövzəsi regionunda rellaşdırılan enerji layihələrindətəşəbbüskar ölkə kimi çıxış edən ölkəmiz bir sıra ikitərəfli vəüçtərəfli formatların əsas iştirakçısıdır. Rəsmi Bakının regional proseslərdə həddindən artıq aktivlik nümayiş etdirməsi ona olan beynəlxalq diqqəti də artırır və bütün bunlar özünü paytaxtımızda nüfuzlu sammitlər, forumlar, seminarların təşkilində göstərir.

Dünyada mürəkkəb proseslərin getdiyi indiki mərhələdəyürüdülən komplimentar siyasət effektiv nəticələr verir. Bu siyasətin effektivliyini artıran digər amil Azərbaycanınəməkdaşlığa, humanizmə istiqamətlənmiş təşəbbüslərlə çıxış etməsidir. Son iki ilin ölkəmizdə multikulturalizm və islam həmrəyliyi ili elan edilməsi sivilizasiyalararası dialoqa, konfrontasiyadan barışa keçidi təbliğ edən real nümunələr sayıla bilər.

 

Azərbaycan-Avropa

 

Nazirlər Kabinetinin 2017-ci ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirəsində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır vəbeynəlxalq təşkilatlarda fəaliyyətimiz çox müsbətdir. Azərbaycanın ötən 6 ay ərzində xarici siyasətdə əhəmiyyətli uğurlara imza atdığını dövlət başçısının 10 xarici səfəri dətəsdiq edir. Belə ki, 5 Avropa ölkəsinə səfər edən Prezident Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycanı ləyaqətlə təmsil etdi. Eyni zamanda, Avropa Komissiyası ilə ciddi danışıqlar aparıldı, Fransa və Polşada strateji səciyyə daşıyan bəyanatlar verildi.

Həqiqətən də, bu gün Avropa ölkələri Azərbaycanın ənənəvi tərəfdaşı kimi çıxış edir. Qoca qitənin əksər ölkələri ilə işgüzar və səmimi münasibətlər var. Dövlət başçısının Avropa ölkələrinə səfərləri, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri həmin səmimi münasibətlərin dərinləşdirilməsində özünəməxsus rol oynayır. Avropa həm dəAzərbaycanın əsas ticarət tərəfdaşı olduğundan hazırda ixrac məhsulları daha çox Qərb məkanına yönəldilir. Avropanın bütün sahələrdəki müsbət təcrübəsi öyrənilir.

Bu gün rəsmi Bakının həmçinin NATO, Avropa Birliyi, Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya siyasəti, Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirməsi Azərbaycanın etibarlı imicinin formalaşdırılmasına hərtərəfli zəmin yaratmaqdadır. Regional təhlükəsizlik sahəsində qazanılan imicin nəticəsi kimi ötən illər ərzində Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulan aparıcı ölkələrdən birinəçevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi Qərb dünyası ilə iqtisadi inteqrasiyanın dərinləşməsində mühüm əhəmiyyət kəsb edir.

Avropa dünyası ilə siyasi-mənəvi inteqrasiya iqtisadi inteqrasiya prosesindən xeyli geridə qalır. Geostrateji maraqlar, islamafobiya meyilləri Qərb ölkələrində son dərəcə təhlükəli stereotiplərin baş qaldırmasına gətirib çıxarıb. Miqrant böhranı fonunda avropalı insanın Suriya qaçqınlarına göstərdiyi münasibət Avropada mənəvi deqradasiyanın iti sürətləgetdiyindən və Qərbdə şovinizm siyasətinin əsas cərəyana çevrilməyə başladığından xəbər verir. Belə bir mürəkkəb vəziyyətdə Azərbaycan dünya demokratlarının uzun illər müxtəlif tribunalardan səsləndirdiyi humanizm, həmrəylik, barış mesajlarını yenidən gündəmə gətirməklə, özü bu ideyaların daşıyıcısına çevrildi. Beynəlxalq Humanitar forumlar, Suriya üzrə qlobal sammit, Qlobal iqlim dəyişikliyi,ərəb-islam-amerika sammitlərində Azərbaycanın Prezident İlham Əliyev səviyyəsində təmsil olunması ölkəmizəbeynəlxalq miqyasda verilən qiymətin real nəticəsidir.

 

İslam həmrəyliyinə töhfə

 

2017-ci ildə dövlət başçısının 5 müsəlman ölkəsinə – İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərləri rəsmi Bakının çoxvektorlu siyasətini uğurla həyata keçirdiyini bir daha təsdiq edir. Azərbaycan beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin baş verdiyi bir dövrdə çox ağır bir missiyanı – Şərqlə Qərbin əməkdaşlığını təmin etmək missiyasını üzərinə götürüb. Cari il ərzində Bakıda keçirilən bir neçə mötəbər beynəlxalq tədbir, bu tədbirlərdə islam və Qərb dünyasını təmsil edən nüfuzlu dövlət xadimləri və ictimai xadimlərin, ziyalıların, tanınmış politoloq və iqtisadçıların qlobal problemləri, zamanın çağırışlarını birgə müzakirə etməsi Azərbaycanın tək islam deyil, dünya həmrəyliyinə xidmət edən siyasət yürütdüyünü sübuta yetirir.

Təşkil olunan tədbirlərin mahiyyətinə toxunan Prezident İlhamƏliyev deyir: “Bu il Bakıda V Qlobal Forum keçirilib. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi vəeyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak edir. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilib”.

Bakı bu il IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışı, Açıq Cəmiyyətlər Forumu, 24-cü Xəzər neft-qaz sərgi və konfransı, Gənc Liderlərin Qlobal forumu və digər bu kimi çoxsaylı tədbirlərəev sahibliyi etdi. İlin sonuna qədər Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edəcək daha bir neçətədbirin məhz ölkəmizdə baş tutacağı gözlənilir.

Azərbaycan Türk ölkələri, müsəlman dövlətləri ilə əlaqələrini də yüksək templə inkişaf etdirir. Şübhəsiz, türk-islam aləminin bir parçası olan Azərbaycan üçün bu əlaqələrin mövcudluğu çox vacibdir, rəsmi Bakı bunu görür və inkişaf etdirir.

Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iş aparır. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Prezident İlham Əliyev çıxışlarında hər zaman qeyd edir ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir. Əlbəttə, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilib və ölkəmizi daha da gücləndirir. Ona görədə Bakı bundan sonrakı illərdə də müsəlman ölkələri iləəlaqələri inkişaf etdirməyi prioritet hesab edir.

 

Supergüclərlə bərabərhüquqlu tərəfdaşlıq

 

Şübhəsiz, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi onun dünyanın aparıcı dövlətləri ilə sıx siyasi, iqtisadi və hərbi əməkdaşlığından da keçir. Bu sırada ilk pillələrdə Rusiya, ABŞ və MDB ölkələri durur. Rəsmi Bakı dünya dövlətləri ilə münasibətləri balanslaşdırılmış şəkildəqurur, Ermənistan istisna olmaqla, bütün qonşularla sağlam, bərabərhüquqlu münasibətlər formalaşdırır. Analitiklər Prezident İlham Əliyevin cari il ərzində İstanbulda Dünya Neft Konqresində iştirakını, Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan və ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşlərini, bunun ardınca isə Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmasını rəsmi Bakının həyata keçirdiyi balanslı siyasi kursun uğuru kimi qiymətləndirir. Ölkərəhbərinin Rusiyaya səfərini şərh edən ekspertlər bildirir ki, prezidentlərin görüşündə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, habelə regional vəbeynəlxalq məsələlərin geniş müzakirə edilməsi ölkəmizin regional və qlobal söz sahibinə çevrilməkdə olduğunun və bu statusun Şimal dövləti tərəfindən də etiraf edildiyinin göstəricisidir.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Birləşmiş Ştatların beynəlxalq siyasətində çox ciddi yeniliklər özünü göstərməkdədir. Bu yeniliklər Ağ evin yeni sahibinin xarici siyasətində Cənubi Qafqazın lider dövləti olan Azərbaycana münasibətin Obama dönəmindən əsaslı şəkildə fərqlənməsi kontekstindən ciddi diqqət tələb edir. Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubları ölkəmizin superdövlətin xarici siyasətində özünəməxsus mövqeyə keçdiyinin göstəricisi sayılmalıdır. Yeni administrasiyanın Ermənistanla bağlı hər hansı planlarının ortaya çıxmaması ABŞ-ın Dağlıq Qarabağ siyasətinə də təsirsiz ötüşməyəcəyi ehtimallarını artırır. Bu günlərdə Birləşmiş Ştatların ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri Riçard Hoqland tərəfindən Qarabağ münaqişəsinin həllinə dair 6 elementin yenidən gündəmə gətirilməsi Ağ evin Qarabağ siyasətinin Azərbaycanın maraqlarına istiqamətləndiyi barədəversiyaları təsdiqlədi. Əgər bir müddət öncə dünyanın super gücləri sayılan ABŞ və Rusiyanın yüksək rütbəli hərbçilərinin Bakıda görüşdüklərini də bura əlavə etsək, kimin necə təqdim etməsindən asılı olmayaraq, bu hadisənin geostrateji mahiyyət daşıdığını birmənalı şəkildə söyləmək olar. Başqa sözlə, Vaşinqton və Moskva belə bir qərar qəbul etməklə Azərbaycanı qlobal proseslərdə əsas oyunçulardan biri olaraq tanıdıqlarını, eyni zamanda Bakını indiki ABŞ-Rusiya münasibətləri fonunda Ankara, Tbilisi, İrəvan və Qahirədən daha arzuolunan paytaxt hesab etdiklərini ortaya qoydular.

 

Qarabağ münaqişəsində dönüş

 

Əlbəttə, Azərbaycanla həm ABŞ, həm də Rusiyanın hesablaşması bəzi ermənipərəst, anti-Azərbaycan dairələrini narahat etməyə bilməz. Azərbaycan-Rusiya strateji tərəfdaşlıqəlaqələrinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst dairələri yeni ssenarilər hazırlamaq məcburiyyətində qoysa da, dünya siyasətində ciddi çəkisi olmayan Ermənistana görə heç kəs ölkəmizlə münasibətləri pozmağa maraq göstərməyəcək. ATƏT-in Minsk qrupunun həmsədri kimi şimal qonşumuzun Dağlıq Qarabağ probleminin həllində açar rolu oynaya biləcəyi hamı tərəfindən etiraf edilir. Son günlər Birləşmiş Ştatlar rəsmiləri tərəfindən də Qarabağ məsələsində Vaşinqtonun Moskva ilə sıx əməkdaşlıq şəraitindəişlədiyinin bəyan edilməsi dünyanın 2 güc mərkəzinin Qarabağ münaqişəsində öz mövqeyini uyğunlaşdırmağa başlamasından xəbər verir ki, bu da Azərbaycanın dünya siyasətində daha üstün mövqelərə keçməsi ilə birbaşa bağlıdır.

Azərbaycanın artan beynəlxalq nüfuzu hazırda dünyada mövcud olan ikili standartların ölkəmizə münasibətdə tədricən arxa plana keçməsinə gətirib çıxarır. Bu reallıq 2016-cı ilin aprel döyüşləri zamanı bir daha özünü göstərdi. Azərbaycan ordusu işğal altında olan 2 min hektar ərazini düşməndən təmizlədi. Bütün beynəlxalq əlaqələrini işə salan Ermənistan vəziyyətdən xilas olmaq üçün cəhdlər göstərdi və olmazın şərtlər irəli sürdü. Lakin həmin şərtlər dünya liderləri tərəfindən qəbul olunmadığından

Ermənistan Azərbaycanın prinsipial mövqeyi qarşısında geri çəkilməli oldu. Bu barədə açıqlama verən Prezident İlhamƏliyev vurğuladı ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi: “Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilib”.

Ermənistanın ədalətsiz mövqeyinə paralel olaraq Azərbaycanın həm regionda, həm də beynəlxalq səviyyədə reytinqinin xeyli artdığını bu yaxınlarda Füzuli rayonunun Alxanlı kəndindətörədilmiş hərbi cinayətə dünyada verilən böyük əks-səda da sübut etdi. Ermənistan bu cinayət əməli fonunda Azərbaycanın böyük beynəlxalq dəstəyə malik olduğunu gördü. Bu hadisəbeynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən təcavüzkar dövlətin təxribat cəhdlərinin bundan sonra reaksiyasız qalmayacağı deməkdir.

 

Qüdrətli enerji dövləti

 

Azərbaycanın beynəlxalq iqtisadi məkanda əsas oyunçu statusu qazanmağa başladığı ən nüfuzlu beyin mərkəzləri tərəfindən də etiraf olunur. Bu gün ölkəmizdə geniş miqyasda infrastruktur, neft-qaz layihələri həyata keçirilir. Prezident İlham Əliyevin dediyi kimi, yaxın illərdə ölkəmizə on milyardlarla dollar sərmayə qoyulacaq. Burada, əlbəttə, Avropa şirkətləri fəal iştirak edəcək.

Əlavə olaraq son illərdə Asiya ölkələri ilə əməkdaşlıq sürətləinkişaf edir. Hazırda rəsmi Bakı Asiyanın inkişaf etmiş ölkələri – Çin, Yaponiya, Cənubi Koreya, İran, Malayziya ilə sıx iqtisadi münasibətlər qurur. Ölkəmiz birtərəfli münasibətlərə deyil, hərtərəfli iqtisadi, siyasi, mədəni münasibətlərə üstünlük verir. Dövlət başçısı çıxışlarında enerji diplomatiyasından danışarkən bildirir: “Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyil. Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə təmin edib və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Son vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı böyük dərəcədəartıracaq və Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcək. Avropa məkanı yeni qaz mənbəyinəçıxış əldə edəcək. Avropa üçün bu gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır”.

Beləliklə, qeyd etdiyimiz bu nüanslar Azərbaycanın hazırda dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsinə, eləcə dəregional və beynəlxalq layihələrdə söz sahibi olmasına zəmin yaradır. İqtisadiyyatı şaxələndirmək, neft və qeyri-neft sektorunu inkişaf etdirmək, ixrac sənayesini təkmilləşdirmək, beynəlxalq hüququn prinsiplərinə uyğun dostluq vəəməkdaşlıq münasibətləri qurmaq, beynəlxalq terrorizmləmübarizədə qətiyyətli addımlar atmaq Azərbaycanı regionun lider dövlətlərindən biri statusuna daşımaqdadır.

Previous Post

Azərbaycan – regionun güc mərkəzi

Next Post

“O kafenin icarəyə verilməsi qanunsuzdur” – Hacıbala Abutalıbov

Bənzər yazılar

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25

Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər. Elchi.az Küveyt...

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Next Post

“O kafenin icarəyə verilməsi qanunsuzdur” - Hacıbala Abutalıbov

“O kafenin icarəyə verilməsi qanunsuzdur” - Hacıbala Abutalıbov

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.