Bu ilin birinci yarısında Azərbaycan 11,2 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 25,7% çoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz “Twitter“ hesabında paylaşım edib.
“Birinci yarım ildə operativ məlumatlara görə Avropaya 5.4 mlrd. kubmetr, Türkiyəyə 4.3 mlrd. kubmetr, Gürcüstana isə 1.5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 25.7% artıb”, – paylaşımda bildirilir.
Qeyd olunur ki, hesabat dövründə ölkədə hasil edilmiş 16.5 mln. ton neftin 13.4 mln. tonu ixraca nəql edilib.
“Ötən ilin eyni dövrü ilə müqayisədə 15.1% artımla hasil edilmiş 23.4 mlrd. kubmetr qazın 11.2 mlrd. kubmetri ixrac olunub”, – paylaşımda deyilir.